Son xəbərlər

 

Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla “Şərəf” ordeni ilə təltif edilməsindən dolayı Prezident İlham Əlyevə təşəkkür məktubu ünvanlayıb.

 

Kult.az sözügedən məktubu təqdim edir:

Əziz və möhtərəm cənab Prezident, zat-aliləri!

Bu təşəkkür məktubunu ürəyimdə Sizə dərin minnətdarlıq hissi və böyük məhəbbətlə yazıram.

Siz, əziz Prezidentimiz, Azərbaycan xalqına tarix boyu göstərilən xidmətlərdən ən möhtəşəmini həyata keçirdiniz. Millətimiz bunu heç bir zaman unutmayacaq və Sizin ideallarınızı Vətən bayrağı kimi daim uca tutacaqdır.

Siz Vətənin işıqlı gələcəyə gedən yolunda bir cəsur əsgər və bir müzəffər sərkərdə, bir sadə insan və bir ləyaqətli Prezident, bir vəfalı oğul və bir qədirbilən ata kimi zəfərdən zəfərə addımladınız. Siz bizi də məğrur, başıdik, alnıaçıq insanlar kimi arxanızca apardınız.

Sizinlə birlikdə bu yolu getmək qürurlu və şərəflidir. Sizinlə birlikdə bu yolu getmək Ulu Öndər unudulmaz Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirdiyi yolu getmək deməkdir.

Yolunuz işıqlı olsun. Vətən torpağı daim gül-çiçəklə dolu, səmamız aydın, suyumuz təmiz olsun. Şəhidlərimiz qəlbimizdə və qazilərimiz gözümüzün önündə daim yaşasın. Bayrağımız, himnimiz, Vətən torpağımız, Prezidentimiz daim var olsun.

Kiçik yaradıcılığıma verdiyiniz yüksək qiymət - məni ”Şərəf” ordeni ilə təltif etməyiniz bu son dərəcə məsuliyyətli və gərgin zamanda nümayiş etdirdiyiniz diqqət, həqiqətən, çox əziz və unudulmazdır. Səmimi təşəkkürlərimi qəbul etmənizi xahiş edirəm.

Bizə də o qalır ki, Sizin etimadınızı bundan sonra da bütün gücümüzlə doğruldaq. Vətən naminə əlimizdən gələni bundan sonra da etməyə hazır olaq.

Zat-aliləri!

Fürsətdən istifadə edərək Yeni ildə Sizə və əzizlərinizə möhkəm cansağlığı, könül xoşluğu, zəfər dolu günlər arzulayıram. Sizin və Mehriban xanımın rəhbərliyi ilə xalqımızın, Vətənimizin yeni qələbələrə doğru cəsarətli gedişinə inamla,

Kamal Abdulla,

xalq yazıçısı, akademik

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü