İstanbulda nəşr olunan “Təmrin” jurnalının növbəti nömrəsi Azərbaycanın Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyinə həsr edilib.

Kult.az xəbər verir ki, jurnalın bu, xüsusi nömrəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük şairimiz Rəsul Rza ilə bağlı dəyərli, tarixi sözləri ilə açılır.

Nəşrdə Xalq yazıçısı Anarın Rəsul Rzadan bəhs edən “Mübarizə bu gün də var” əsərinin bir hissəsi, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair” yazısı, Rəsul Rzanın öz dilindən qələmə alınan həyat tarixçəsinin vacib anları, şairin xanımı, Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin “Gündəliy”indən parçalar yer alır. Bundan əlavə jurnalın xüsusi nömrəsində Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Ölkədən ölkəyə, könüldən könülə”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidentin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, professor Qəzənfər Paşayevin “Taleyimdə müstəsna rol oynayan iki şəxsiyyətdən biri”, yazıçı Səyyad Aranın “Düşüncə şairi”, uzun müddət şairlə dostluq etmiş, tədqiqatçı-yazar İmamverdi Əbilovun “Xatirələr işığında”, professor Cavanşir Yusiflinin “Rəsul Rza haqqında söhbətlər”, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın “Modenist estetikanın işığında: Rənglər”, filologiya elmlər doktoru Elnarə Akimovanın “Rəsul Rzanın moderni, yaxud şəklin müəllifi zaman”, yazıçı Pərvinin “Səndən ayrı sənsizlikdə “Neyləyim?” kimi bir-birindən maraqlı yazı və məqalələri, iri həcmli xatirələri yer alıb.

Jurnalda, eyni zamanda, Nazim Hikmət, Qara Qarayev, Nikolay Tixonov, Süleyman Rüstəm, Məlik Cövdət Anday, İlyas Əfəndiyev, Arseni Tarkovski, Bəxtiyar Vahabzadə, Oljas Suleymenov, Ataol Bəhramoglu, Vaqif Səmədoğlu, İosif Noneşvili, Nizami Cəfərov, Vaqif Yusifli, İrji Taufer, Əjdər Ol, Buludxan Xəlilov, İmdat Avşar və Səlim Babullaoğlu kimi Azərbaycan, Türkiyə və Rusiyanın, habelə digər ölkələrin müxtəlif ədib və sənət adamlarının, alimlərinin Rəsul Rza ilə bağlı qısa rəy və fikirləri təqdim edilib.

Rəsul Rzanın onlarla maraqlı şeirinin türkiyəli oxuculara təqdim olunduğu xüsusi buraxılışın üz qabığında Xalq rəssamı Tahir Salahovun “Rəsul Rzanın portreti”indən istifadə edilib.

Xalq şairi haqqındakı yazılar jurnalda onun həyatının maraqlı anlarını özündə əks etdirən zəngin fotoşəkillərlə müşayiət edilir.

Təqdim olunan materialları Türkiyə türkçəsinə Ömər Küçükmehmetoğlu çevirib. Eyni zamanda, İmdat Avşarın da tərcümələrindən istifadə edilib.

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü