Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

A.Rzayev Report-a açıqlamasında deyib ki, H.Abutalıbova dərin hörməti var və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmir: "Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".

Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarı" ilə bağlı olması inandırıcı deyil:

"Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, “26” rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".

A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, “26” rəqəmi Azərbaycanda ləğv olunmayıb: "Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini “26 Bakı komissarı”nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.

Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə “23” qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.

O ki qaldı “26 Bakı komissarı” adlı küçəyə, onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin “26-lar”ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi".

Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü