Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlament seçkilərində səs verib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
"Bu gün özümüzə bir daha xatırlatmalıyıq ki, bu, çox prinsipial və həlledici seçkidir, referendum dəyərində olan seçimdir. Bu, 2012-ci il seçkilərinə bənzər bir seçkidir və ölkənin inkişaf istiqamətinin yenidən və qəti şəkildə müəyyənləşdirilməsi üçün mühüm bir məqamdır. Bu, müharibə ilə sülh, qeyri-əxlaqi təbliğatla ənənəvi dəyərlər, keçmişlə ölkənin parlaq gələcəyi arasında olan bir referndumdur", - İrakli Kobaxidze mediaya açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.