İsrail İrana hücumu zamanı nüvə və enerji obyektlərini hədəfə almamaqla ABŞ-ın istəyinin əleyhinə çıxmadı;
bu məqam göstərir ki, böyük müharibədə İran maraqlı olmadığı kimi, İsrail də başda ABŞ olmaqla, müttəfiqlərinin tam dəstəyini almadan belə bir döyüşə girmək istəmir;
Cavab xarakteri daşıyan hücum İsrailə bir neçə aspektdən lazımdır:
- İranın İsrailə hücumunun cavabsız qalması onun "müqavimət oxu"nda zədələnmiş nüfuzunu qorumağa imkan verirdi: bu hücumla İranın "toxunulmaz olmadığı"nı göstərir;
- Proksi qüvvələrlə aparılan müharibəyə İranın müdaxiləsini məhdudlaşdırmağa çalışır;
İsrail-İran qarşıdurması hələlik idarəolunan vəziyyətdədir, lakin istənilən vaxt nəzarətdən çıxması təhlükəsi aktual olaraq qalır. Son hücumla Haniyənin ölümündən sonra Tehran-Təl-Əviv qarşıdurmasının daha bir səhifəsi bağlanır, növbəti səhifədə husilərin hədəfə alınacağı və yeni hücumların motivinə çevriləcəyi ehtimalı böyükdür.