Şimali Koreya qoşunlarının Rusiyaya gəlişi və onların Ukraynaya qarşı müharibədə mümkün iştirakı münaqişənin gərginləşməsinə gətirib çıxarır.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Hindistana səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib.
"Şimali Koreya əsgərlərinin Rusiyaya təhvil verilməsi və onların Ukraynada mümkün yerləşdirilməsi məsələsi böyük narahatlıq doğurur. Bu, ciddidir və indiki vəziyyətdə eskalasiyaya səbəb olan budur", - Şolts qeyd edib.