İsrail ordusunun rəsmiləri İrandakı hədəfləri vurmağa başladıqlarını rəsmən təsdiqləyiblər.
Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, hazırda İrandakı dəqiq hədəflərə zərbələr endirilir:
"Bu, İran rejiminin İsrail dövlətinə davamlı hücumlarına cavabdır. İsrail ordusu tam şəkildə hücuma və müdafiəyə hazırdır”.