Son xəbərlər

 

Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, AB Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik fəaliyyətini açıq müstəviyə keçirməyə qərar verib.

Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, Qərbin belə bir avantürası həm də Cənubi Qafqazda yeni nüfuz bölgüsünü həyata keçirməyə və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa yönəlib və bunun nəticəsində regionun yeni müharibələrə sürüklənməsi riski xeyli artacaq:

“Biz bunu AB-nin Ermənistandakı missiyasının hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-nin də bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir.

Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, AB-nin siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir. Ancaq hamı bilməlidir ki, Qərbin bu kimi ikiüzlü və saxta mahiyyətinə Azərbaycan çoxdan alışıbdır və bizdə artıq bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü immunitet formalaşıb. Ona görə də bu addımların heç biri Azərbaycan xalqının və onun liderinin iradəsini sarsıda bilməyəcək və son 4 ildə olduğu kimi, bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq”.

Azay Quliyev İranın Ermənistana etiraz bildirməməsinə də diqqəti çəkib:

“Qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu kimi fəaliyyəti fonunda İranın hələ də səssiz qalması da başadüşülən deyil. Axı, İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun qırmızı xəttidir. Necə ola bilər ki, ən xırda məsələyə görə Azərbaycanı şantaj edən, hədə-qorxu gələn İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması fonunda nəinki İrəvanı hədələmir, hətta qınamır? Bu suala yaxın günlərdə aydınlıq gətiriləcəyinə ümid edirəm”.

Millət vəkili onu da əlavə edib ki, XİN-in mövzu ilə bağlı verdiyi açıqlamada deyildiyi kimi, şirnikləndirilən revanşist qüvvələrin bundan sonra Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn istənilən hərəkətinə görə təkcə Ermənistan deyil, eyni zamanda, onu bu işə sürükləyən AB və ABŞ da məsuliyyəti bölüşməli olacaq.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-AB müştərək konfransı keçiriləcək.

26 Aprel 2024 NATO sərhədimizə yaxınlaşır, bizə söz vermişdilər - Şoyqu
26 Aprel 2024 Paşinyanın Moskva səfəri qalmaqallı olacaq - Fenenko
26 Aprel 2024 Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts
26 Aprel 2024 Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi
26 Aprel 2024 Venesiyaya giriş ödənişli oldu
26 Aprel 2024 Talibandan saxladığı 6 iranlı sərhədçi barədə qərar
26 Aprel 2024 ABŞ bizə qarşı blokada tətbiq edir - Pekin
26 Aprel 2024 Ukrayna uzun müddət hücuma keçə bilməyəcək - AFP
25 Aprel 2024 İsrail HƏMAS-ın yeni tunellərini məhv etdi
25 Aprel 2024 Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
25 Aprel 2024 Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan
25 Aprel 2024 Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Aprel 2024 Nebenzyadan ABŞ nümayəndəsinə: Niyə bunu istəmirsiniz?
24 Aprel 2024 Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
24 Aprel 2024 AB İvanişvilini cəzalandırmaq istəyir
24 Aprel 2024 Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...
24 Aprel 2024 İranlı millət vəkili Rəisiyə: İnsanlar məhv olur!
24 Aprel 2024 Fələstin dövlətini tanımaqda qərarlıyıq - Sançes
24 Aprel 2024 Krım körpüsü bağlandı
24 Aprel 2024 Matviyenko: Simonyana ayıb olsun, bütün xətləri keçdi!
24 Aprel 2024 Rus ordusunun hücumu belə dəf edildi - Video
24 Aprel 2024 Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj
24 Aprel 2024 Ukrayna bu istiqamətdə əməliyyata başlayacaq
24 Aprel 2024 İranı bundan aydın pisləyə bilməzdik - Borrell
24 Aprel 2024 Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov
24 Aprel 2024 Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
24 Aprel 2024 Co Bayden yenə hava ilə “salam”laşdı - Video
24 Aprel 2024 Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç
24 Aprel 2024 Argentina İran nazirinin həbsini tələb edir
24 Aprel 2024 Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video