Bir neçə gün öncə Moskva yaxınlığında baş vermiş dəhşətli hücum bizə İŞİD-in potensial güc olaraq qaldığını xatırladır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Biz çox sayda günahsız insanın həyatını itirməsinə kədərlənirik. Bu, çox təəssüfləndirici bir xatırlatmadır ki, biz İŞİD-lə mübarizə aparmağa davam etməli və onun yenidən güclənməyəcəyinə əmin olmalıyıq", - Blinken qeyd edib.