Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.
“Mərmilərdən bir neçəsi şəhərin ətrafına düşüb, xəsarət alan yoxdur. Elektrikötürücü xətlər zədələnib, Şebekino və Rjevski sakinləri qismən işıqsız qalıb. Qəza xidməti nəticələrin aradan qaldırılmasına çalışır”, - deyə o bildirib.