Axar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Avstriya Daxili İşlər Nazirliyi bildirib ki, onlar 2023-cü ilin oktyabrından terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin hazırda onu maksimum dərəcəyə qaldırmaq üçün heç bir əsas görmürlər: "Hazırda konkret təhlükənin əlamətləri yoxdur".
Oxşar məlumatı İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib:
"Terror təhlükəsinin səviyyəsi dördüncü (yüksək) olaraq qiymətləndirilir, lakin onu maksimum beşinci səviyyəyə qaldırmaq planları yoxdur".