Rusiya müdafiə naziri Sergey Şoyqu Myanmaya rəsmi səfər edib.
Axar.az xəbər verir ki, onun Myanmada ölkə qoşunlarının baş komandanı general Min Aun Xlaynla görüşəcəyi bildirilib. Tərəflərin hərbi-texniki əməkdaşlığı müzakirə edəcəyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan öncə Myanmaya 30 ədəd MiQ-29 təyyarəsi, 12 ədəd Yak-130 təyyarəsi, 6 ədəd Su-30 SME təyyarəsi,10 ədəd Mi-24 və Mi-35P vertolyotu tədarük edib.