ABŞ Prezidenti Donald Tramp yeni siyasi partiyanın yaradılması barədə son günlər müzakirələr aparır.
Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, yeni partiya Vətənpərvər Partiya adlandırılacaq.
Trampın bu məsələni köməkçiləri və digər yaxınları ilə müzakirə etdiyi bildirilib.
Qəzet Trampın çoxlu sayda tərəfdarının olduğunu, onların bir hissəsinin Respublikaçılar Partiyasının siyasətinə o, hakimiyyətə gələnə cəlb edilmədiyini söyləyib.