İran nüvə alimi Möhsün Fəxrizadənin qətlinə cavab İran üçün şərəf məsələsi olmalıdır.
Axar.az xəbər verir ki, bunu Hizbullah baş katibinin müavini şeyx Naim Qasem “Əl Manar” televiziyasına müsahibəsində deyib.
O, qətlin arxasında ABŞ və İsrailin dayandığını bildirib:
“Onların fəaliyyətlərinə İran, Fələstin və bütün regionla bitmək bilməyən müharibə kimi baxmaq lazımdır”, - deyə o bildirib.