Kiyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya arasında əməkdaşlığın güclənməsini özü üçün risk sayır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba deyib.
“Aleksandr Lukaşenko öz seçimini etdi. O, Rusiyanı, Vladimir Putini seçdi”, – deyə o bildirib.
Kuleba Kiyevin Belarusa qarşı münasibətinin Lukaşenkonun seçimindən asılı olacağını deyib.