Terrorçuların İdlibin deeslakasiya zonasında humanitar dəhliz yolunu bağlayıblar.
Axar.az xəbər verir ki, bu sözləri Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri, general-mayor Aleksey Bakin deyib.
“Qanunsuz silahlı birləşmələr İdlibin deeslakasiya zonasında “Əbu-Əd-Duxur” humanitar dəhlizini bağlayıblar”, - deyə general bildirib.
Bakin əlavə edib ki, terrorçular dinc sakinlərin Suriya hökumətinin nəzarətində olan ərazilərdən çıxışına əngəl olaraq onları təhdid edir.