İran hökuməti, parlamenti və xalqına qarşı sanksiyalar davam etdiyi müddətcə, ABŞ-la danışıqların mənası yoxdur.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti zamanı bildirib.
Ruhani ABŞ-ın beynəlxalq nüvə müqaviləsinin məsuliyyətini daşımaqdan yayındığını söyləyib.