Seçki Məcəlləsinə görə, partiyaların parlament və bələdiyyə seçkilərində fərqli strategiya ilə iştirak etmək hüququ var.

Əgər bir partiya hansısa bölgədə təşkilat kimi iştirak edə bilmirsə, o, namizədlərinə fərdi qaydada prosesə qatılmağa razılıq verə bilir.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

O qeyd edib ki, partiya seçkilərdə istənilən şəxsin namizədliyini irəli sürə bilər:

“Bitərəf şəxslərin də hansısa partiya tərəfindən dəstəklənməsi mümkündür. Bələdiyyə seçkilərində də bu amillərin olması normaldır. Ölkədə yeganə olaraq YAP-ın bütün bələdiyyələrdə namizədləri olacaq. Hər bir bələdiyyədə saya uyğun olaraq YAP öz namizədlərini təqdim edib. Digər partiyalarda isə vəziyyət fərqlidir. Elə partiya var ki, o ölkə üzrə 15, 20, 30 rayonda təmsil olunur. Bu halda onların başqa bölgələrdə bələdiyyə üzvlüyünə namizəd irəli sürməsi çətinləşir. Belə olan halda həmin partiyalar müstəqil və bitərəf şəxslərin namizədliklərini dəstəklədiyini açıqlayır”.

Siyavuş Novruzov əlavə edib ki, Seçki Məcəlləsində bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəd arasında heç bir fərq yoxdur:

“Bu, yanlış yanaşmadır. Hətta Milli Məclisdə də bu məsələni qaldırmışdıq. Çünki hansısa partiya tərəfindən namizəd irəli sürülürsə, onun barəsində ən azı 70-80 sənəd hazırlanmalıdır. Eyni zamanda həmin namizədin təqdimatı üçün səlahiyyətli nümayəndə, partiya nizamnaməsi, şəhadətnamənin təqdim edilməsi kimi şərtlər var. Fərdi qaydada isə adi bir müraciətlə məsələ həll olunur və namizədlik qeydə alınır. Ona görə də bu qaydalar dəyişməli, prosedurlar sadələşməli, yüngülləşməlidir. Çünki bu yerli özünüidarəetmə orqanına olan seçkidir. Seçki Məcəlləsindəki bu qaydalar dəyişməlidir. Belə qaydalarla işləmək olmaz. Gədəbəyin bir kəndi üçün bələdiyyə üzvlüyünə namizəddən bu qədər sənəd tələb etmək doğru deyil. Yəqin ki, gələcəkdə Milli Məclisdə bu məsələyə baxılacaq”.

10 Yanvar 2025 Husilər Təl-Əvivə PUA-larla hücum etdi
10 Yanvar 2025 Zelenski elan etdi: 60 minlik ordu ilə Kurskda yeni əməliyyat...
10 Yanvar 2025 Məşhur polkovnikə yüksək vəzifə verildi
10 Yanvar 2025 Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
10 Yanvar 2025 Bu 5 şirkətin ölkəyə quş əti ixracına məhdudiyyət qoyuldu
10 Yanvar 2025 İrəvanın şansı Ankaradan qat-qat çoxdur - Solonnikov
10 Yanvar 2025 Mars bu tarixdə Bakıdan adi gözlə aydın görünəcək
10 Yanvar 2025 Bələdiyyə seçkilərində ekzit-poll keçiriləcək?
10 Yanvar 2025 Samir Şərifovu bu nazir əvəzləyəcək
10 Yanvar 2025 Rəsilə Əliyeva namizədliyini geri götürdü
10 Yanvar 2025 Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
10 Yanvar 2025 Ən faydalı meyvə və giləmeyvələr - SİYAHI
10 Yanvar 2025 Taksi sifarişləri 32 faiz azalıb - AYNA sədri
10 Yanvar 2025 İstehsalçılar unun qiymətini açıqladı
10 Yanvar 2025 Ölümündən sonra donor olmaq istəyənlərin sayı artdı
10 Yanvar 2025 Əhmədian Paşinyana xəbərdarlıq etdi
10 Yanvar 2025 Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi
10 Yanvar 2025 Vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edildi
10 Yanvar 2025 Bu ölkə ilə hərbi əməkdaşlıq: Prezident təsdiqlədi
10 Yanvar 2025 İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
10 Yanvar 2025 Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
10 Yanvar 2025 Ukrayna müharibəsi bu çatışmazlıqları üzə çıxardı - Ostin
09 Yanvar 2025 Bir çox ölkələr çörək əvəzinə bunu yeyirlər
09 Yanvar 2025 "Ağlayan keks" resepti
09 Yanvar 2025 Milli parklarda “açıq qapı” günü keçiriləcək
09 Yanvar 2025 Antonio Koşta İlham Əliyevə zəng etdi
09 Yanvar 2025 Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu
09 Yanvar 2025 Allahşükür Paşazadə Səudiyyədə səfərdədir
09 Yanvar 2025 Suriyaya qarşı sanksiyalar ləğv edilməlidir - Ərdoğan
09 Yanvar 2025 Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...