Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə bu ölkəyə səfər ediblər.

 

QMİ-dən Axar.az-a bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hissein Brahim Taha ilə görüşüblər.

Görüşdə şeyxülislam Prezident İlham Əliyevin salamlarını İƏT-in Baş katibinə çatdırıb.

A.Paşazadə Azərbaycanın 1991-ci ildə - hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dönəmində, Vətən müharibəsi vaxtında və ondan sonrakı müddətdə İƏT Baş Katibliyinin və üzv dövlətlərin ölkəmizin haqlı mübarizəsində dəstəyinin yüksək qiymətləndirildiyini, eyni zamanda, münaqişə ilə bağlı Təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasında ölkə rəhbərliyinin İslam dininə verdiyi ali dəyərdən bəhs edərək, ölkəmizin müstəqillik qazandığı ilk gündən etibarən İƏT-lə münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb.

Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Xocalı qətliamının dünyada tanıdılmasında İƏT-in rolunu yüksək dəyərləndirərək, beynəlxalq müstəvidə ədalətin təmin olunması yönündə fəaliyyətini xüsusi qeyd edib. Hazırda beynəlxalq təşkilatların əksəriyyətinin böhran keçirdiyini ifadə edən C.Paşazadə İƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə nümunəvi, örnək davranış sərgilədiyini bildirib.

Görüş zamanı parlament diplomatiyası haqqında fikirlər səsləndirilib və İƏT Parlament İttifaqı çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər diqqətə çatdırılıb.

QMİ sədri Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlıği ilə Bakıda keçirilən COP29 çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası və BMT-nin Ətraf mühit Proqramının birgə təşkilatçılığı ilə noyabrın 5-6-da Dini Liderlərin Qlobal Bakı Sammitini keçirildiyini və İƏT Baş katibinin müavinin həmin tədbirdə yaxından iştirakını məmnunluqla qeyd edib.

Sonra çıxış edən İƏT Baş katibi Azərbaycanın mövqeyini daim dəstəklədiklərini qeyd edərək, COP29 tədbirinin uğurla keçirildiyini və Konfransda iştirakdan məmnunluğunu bildirib.

Təşkilatın Azərbaycanla birlikdə keçirdiyi nazirlər iclaslarının səmərəli əməkdaşlığın möhkəmlənməsinə xüsusi təsir göstərdiyini ifadə edən H.B.Taha 2026-cı ildə İƏT Dövlət və Hökumət başçılarının 16-cı Sammitinin Azərbaycanda keçirilməsinin İƏT dövlətlərinin ölkəmizə etimadının göstərici olduğunu vurğulayıb.

Görüşün sonunda İƏT baş katibi şeyxülislamdan onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Şeyxülislam isə H.B.Tahanı ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir.

10 Yanvar 2025 Husilər Təl-Əvivə PUA-larla hücum etdi
10 Yanvar 2025 Zelenski elan etdi: 60 minlik ordu ilə Kurskda yeni əməliyyat...
10 Yanvar 2025 Məşhur polkovnikə yüksək vəzifə verildi
10 Yanvar 2025 Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
10 Yanvar 2025 Bu 5 şirkətin ölkəyə quş əti ixracına məhdudiyyət qoyuldu
10 Yanvar 2025 İrəvanın şansı Ankaradan qat-qat çoxdur - Solonnikov
10 Yanvar 2025 Mars bu tarixdə Bakıdan adi gözlə aydın görünəcək
10 Yanvar 2025 Bələdiyyə seçkilərində ekzit-poll keçiriləcək?
10 Yanvar 2025 Samir Şərifovu bu nazir əvəzləyəcək
10 Yanvar 2025 Rəsilə Əliyeva namizədliyini geri götürdü
10 Yanvar 2025 Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
10 Yanvar 2025 Ən faydalı meyvə və giləmeyvələr - SİYAHI
10 Yanvar 2025 Taksi sifarişləri 32 faiz azalıb - AYNA sədri
10 Yanvar 2025 İstehsalçılar unun qiymətini açıqladı
10 Yanvar 2025 Ölümündən sonra donor olmaq istəyənlərin sayı artdı
10 Yanvar 2025 Əhmədian Paşinyana xəbərdarlıq etdi
10 Yanvar 2025 Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi
10 Yanvar 2025 Vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edildi
10 Yanvar 2025 Bu ölkə ilə hərbi əməkdaşlıq: Prezident təsdiqlədi
10 Yanvar 2025 İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
10 Yanvar 2025 Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
10 Yanvar 2025 Ukrayna müharibəsi bu çatışmazlıqları üzə çıxardı - Ostin
09 Yanvar 2025 Bir çox ölkələr çörək əvəzinə bunu yeyirlər
09 Yanvar 2025 "Ağlayan keks" resepti
09 Yanvar 2025 Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
09 Yanvar 2025 Milli parklarda “açıq qapı” günü keçiriləcək
09 Yanvar 2025 Antonio Koşta İlham Əliyevə zəng etdi
09 Yanvar 2025 Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu
09 Yanvar 2025 Suriyaya qarşı sanksiyalar ləğv edilməlidir - Ərdoğan
09 Yanvar 2025 Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...