Gürcüstanda bu gün parlament seçkisi xaricdən yönəlmiş dağıdıcı qüvvələrin ciddi təzyiqlərinə tab gətirməli olan dövlət sistemi üçün ciddi stress sınağıdır.

 

Bunu Axar.az-a rusiyalı ekspert Vitali Arkov Gürcüstanda keçiriləcək parlament seçkisini şərh edərkən deyib.

“Bu, vətəndaş cəmiyyəti üçün hələ də ciddi sınaqdır: cəmiyyət yetkinləşib, inkişaf yolu ilə inamla getmək iqtidarındadır, yoxsa onu yenidən asanlıqla əvvəlcədən müəyyən edilmiş doğru yoldan azdırmaq olar? Gürcüstan Qərbdən idarə olunan “Qızılgül inqilab”ından sonra ona güvənərək, aldanaraq böyük səhvə yol verib. O öz acı təcrübəsindən - vəd edilmiş demokratiya əvəzinə ölkə Saakaşvili və onun Milli Hərəkatdan olan əlaltılarının diktaturası ilə üzləşəndə, ölkəni bütün postsovet məkanında ən böyük siyasi repressiyalar və daha da pisi, siyasi qətllər bürüyəndə - dərs aldımı? İnanmaq istərdim ki, gürcü cəmiyyətinin əhəmiyyətli bir hissəsi - həmin kədərli hadisələri yaşayanlar müvafiq nəticələr çıxarıb və yenidən tələyə düşməyə imkan verməyəcək, əksinə, tarixi inkişaf yoluna qayıtmağa davam edəcək. Üstəlik, bu istiqamətdə artıq nəhəng işlər görülüb və əldə olunan nailiyyətlər hər bir gürcü evində görünür və başa düşülür. Bunları xüsusilə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə yaxşı münasibətlərin bərpası yolu ilə qiymətləndirmək asandır. Belə olan halda söhbət gürcü xalqının çoxəsrlik münasibətlər tarixində bir neçə dəfə köməyinə gələn Rusiyadan gedir”, - o bildirib.

Arkovun sözlərinə görə, Rusiyada çoxları Gürcüstanda baş verən hadisələri böyük diqqətlə izləyir və səmimi şəkildə narahatdır:

“Lakin Kremlin sözçüsü Peskovun dediyi kimi, Rusiya nə indiki seçki prosesinə, nə də ümumilikdə Gürcüstanın daxili işlərinə qarışır. Eyni sözləri Vaşinqton və Brüsselin göstərişlərinə kor-koranə əməl etməsini, Tiflisə qarşı çirkin şantaj və açıq təhdidlərə boyun əyməsini, ondan mahiyyətcə suverenlikdən imtina etməsini tələb edən keçmiş tərəfdaşlar haqqında demək olmaz. NATO və ya AB-yə qəbul olunmaq üçün Qərbə xas olan açıq-aşkar qeyri-mümkün vədlər, tələb olunan demokratiya səviyyəsinə nail olmaq şərtləri, eləcə də digər cəfəngiyatlar əvəzinə, Rusiya Gürcüstana milyonlarla səxavətli turist və onun iqtisadiyyatına milyonlarla dollar sərmayə göndərir, gürcü malları üçün praktiki olaraq limitsiz bazarını açıb və sanksiyalar altında malların tranzitindən pul qazanmaq imkanı yaradıb”.

28 Oktyabr 2024 Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
26 Oktyabr 2024 At sevgisinə görə boşandı: "Ərimdən daha çox sevirdim"
26 Oktyabr 2024 Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili
26 Oktyabr 2024 Aromatik ədviyyatlarla qeyri-adi balqabaq tortu RESEPTİ
26 Oktyabr 2024 Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi - Video
26 Oktyabr 2024 Ostin Qallantla danışdı: Qəti imkan verilməyəcək!
26 Oktyabr 2024 Gürcüstanda seçici fəallığı açıqlandı
26 Oktyabr 2024 İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi
26 Oktyabr 2024 İran İsrail ordusunun hücumuna cavab verməyəcək
26 Oktyabr 2024 COP29-a boykot çağırışları: Bu, Bakının deyil axı!
26 Oktyabr 2024 "Balaca Şəhzadə" kitabının nadir nəşri hərraca çıxarıldı - FOTO
26 Oktyabr 2024 Yeddi arvadı olan "ömürlük prezident" nə əti ilə qidalanırdı?
26 Oktyabr 2024 Ən qorxulu 10 film - SİYAHI
25 Oktyabr 2024 ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı
25 Oktyabr 2024 Rusiya XİN-dən Fransaya: Bizsiz həll edilə bilməz!
25 Oktyabr 2024 Hansı pomidor növləri ən şirindir? - DİQQƏT
25 Oktyabr 2024 Dünyanın ən yaxşı 10 çərəzi - SİYAHI
25 Oktyabr 2024 “WhatsApp”da çoxdan gözlənilən yenilik
25 Oktyabr 2024 Putindən Əsədlə bağlı bunu istədim - Ərdoğan
25 Oktyabr 2024 Məşhur brend Qarabağ xalçaları əsasında kolleksiya hazırlayır
25 Oktyabr 2024 Türkiyənin möcüzə yurdu: mağaralar, məbədlər - Video
25 Oktyabr 2024 Marketlərdən "Coca-Cola" YIĞIŞDIRILDI - ŞOK SƏBƏB
25 Oktyabr 2024 Qubadlının işğaldan azad olunmasından 4 il ötür
25 Oktyabr 2024 Qurbanovdan istefa ilə bağlı paylaşımlara reaksiya
25 Oktyabr 2024 Prezident Qubadlı ilə bağlı paylaşım etdi - Video
25 Oktyabr 2024 Bu Avropa xalqının əcdadı azərbaycanlılardır – Nadir sənəd
25 Oktyabr 2024 Gürcü Arzusu qalib gəlsə, Qərb hansı addım atacaq?
24 Oktyabr 2024 Bunlara qarşı üzərlik yandırın - Özbək və türkmənlərin sirri
24 Oktyabr 2024 Vəzifəli şəxslər ifşa edildi: ölkədən 578 milyon çıxarıblar
24 Oktyabr 2024 Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!