Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.
Axar.az xəbər verir ki, o, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib.
“Mənim əziz həmvətənlərim!
Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var.
Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın.
Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, - Saakaşvili bildirib.