“Gültəkin Hacıbəylinin sülhməramlılarla, daha doğrusu sülhməramlıların Azərbaycanı tərk etməsi ilə bağlı açıqlaması və məlum hadisəni təqdir eləməsi əslində yaxşı haldır.

Hətta öz fikirlərində qeyri-səmimidirsə belə. Yəni, ən azından deyir, yazır, etiraf edir. Sadəcə məsələ burasındadır ki, Gültəkin indiyə qədər bir çox hallarda bənzər düşüncələrlə ortalığa çıxıb, fikirlərini söyləyib və sonra da yanındakı əbləhlərin, əsas da AXCP sədri, milli xəyanətkar Əli Kərimlinin və riyakar Cəmil Həsənlinin təsiri, təzyiqi ilə həmin fikirlərdən anındaca vaz keçib, tamam başqa şeylər danışıb. Ona görə gözləmək lazımdır ki, görək adam axıra qədər öz dediyində qalacaq, yoxsa yox?” Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

“Bilirsiniz, sülhməramlıların ölkəni tərk etməsi həqiqətən böyük hadisədir. Hətta çox böyük hadisədir. Yəni, bunu görməmək, anlamamaq, qiymətləndirməmək üçün sadəcə kor olmaq lazımdır. Əli Kərimli kimi kor! Cəmil Həsənli kimi kor! Qənimət Zahid kimi kor! Onlara bənzər siyasi üzdəniraqlar kimi kor!

Dünəndən radikal müxalifətə aid saytlara, səhifələrə baxıram. Sülhməramlılarla bağlı yarım cümləlik açıqlama belə yoxdur”,- deyə o əlavə edib.

Deputat bildirib ki, Sevinc Osmanqızı dilini udub, səssizdir: “Cəmil Həsənli qeyb olub, məchullardadır. Əli Kərimli hansısa dəliyin içinə girib, tapa bilmirlər. Bunlar necə yaramaz adamlar imiş, ilahi! Bunlar necə də Kardaşyana bənzəyirlər, ilahi! Bunlar öz millətinə, öz dövlətinə necə düşmən kəsilibmişlər, ilahi! Utanıb yerə girsinlər. Gerçəkdən! Girsinlər və o girdikləri yerdən bir də çıxmasınlar”.

30 Aprel 2024 İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi
30 Aprel 2024 Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov
30 Aprel 2024 Mirziyayevi təhqir edən şəxsə hökm oxundu
30 Aprel 2024 Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”
30 Aprel 2024 Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu
30 Aprel 2024 Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
30 Aprel 2024 Ukrayna Teleqrama məhdudiyyətləri müzakirə edir
30 Aprel 2024 Mask beş gündə qazancı dünyanı şoka saldı
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür...
30 Aprel 2024 Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...
29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video
29 Aprel 2024 “Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video
29 Aprel 2024 Şəhid anasının 30 il sonra övladı oldu - Video
29 Aprel 2024 Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə
28 Aprel 2024 Stallone memuar yazır
26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk