Son xəbərlər

 

ABŞ Prezidenti Cozef Baydenin təklifi ilə aprelin 11-də Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markosla üçtərəfli görüş keçiriləcək.

Bu görüşdə üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı yolları, yeni texnologiyalar və təhlükəsizlik mövzuları müzakirə ediləcək. Əslində Vaşinqton yeni üçlü ittifaqı Çinə qarşı formalaşdırmağa çalışır. Hər 3 ölkənin Çinin siyasəti ilə bağlı narahatlığı var.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, aprel ayında Vaşinqtona yalnız Yaponiya Baş naziri Fumio Kişidanın səfəri nəzərdə tutulmuşdu. Ancaq daha sonra Ağ Ev Filippinin prezidentini də eyni gündə Vaşinqtonda görmək istədi:

“Tokio buna etiraz etmədi, əksinə, üçlü müzakirənin ümumi işin xeyrinə olacağını qəbul etdi.

Üçlü ittifaqın Çinə qarşı olacağı rəsmi şəkildə elan edilməyib. Ancaq Vaşinqton son illərdə Çin ətrafında müxtəlif ittifaqlar formalaşdırıb, siyasi ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədirlər. Dövlət katibi Entoni Blinken martın 19-da Filippinə səfəri zamanı əsas müzakirəni Çinin siyasəti ətrafında aparıb.

Filippinlə Çin arasında gərginlik hərbi gəmilərin dənizlərdə bir-birinə yaxınlaşmasıyla əlaqəlidir. Filippin hərbçiləri ötən il Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlərə” son qoymağa çağırmışdılar. Çin hərbi gəmisi Filippin hərbi gəmisini sıxışdırıb yolunu dəyişdirməyə məcbur etmişdi. Çin bütövlükdə Cənubi Çin dənizinə nəzarət etmək istəyir. Çünki dənizin bu hissəsində hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu gəmilər yük daşıyırlar. Filippin Çinin dənizin tamamına iddiasını qəbul etmir.

Filippin Prezidenti Ferdinand Markos ölkəsində ABŞ-a məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb. Bu, iki ölkə arasında hərbi ittifaqı gücləndirib. ABŞ Filippinə yatırımlarını artırıb, bu ölkədə texnoloji sənaye müəssisələrinin açılmasına dəstək verib. Filippin Prezidenti Ferdinand Markos ötən il Vaşinqtona səfər edib. Apreldəki səfər zamanı hərbi əməkdaşlığın inkişafına təkan verməlidir. Tokio da Cənubi Çin dənizindəki durumdan narahatdır. Yaponiya baş naziri hesab edir ki, bu gün Ukraynada baş verənlər yaxın müddətdə Şərqi Asiyada da baş verə bilər”.

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…