Son xəbərlər

 

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməyə qarşı Avropa Parlamentinə bəyanat ünvanlayıb.

 

Axar.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"Hər zaman öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyən Azərbaycan Beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edib və etməkdə davam edir. Lakin kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir".

Qeyd edilir ki, belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb:

"Avropa Parlamentində 13 mart 2024-cü il tarixində qəbul edilmiş “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı ikili standartların daha bir nümunəsi olan qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür.

Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir".

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Beynəlxalq hüquq prinsiplərinə hörmətsizliyi özündə əks etdirən Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnaməsi və Azərbaycanla bağlı səslənən qərəzli ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi qiymətləndirir:

"Bu qrupların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan Azərbaycanı ləkələsinlər, Avropada Azərbaycan haqqında yanlış, fikirlər formalaşdırsınlar. Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsini şiddətlə qınayır və Azərbaycan dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son qoyulmasını qəti surətdə tələb edir".

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…