Bakıda 2020-ci ildə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlər açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Axara.z-a bildirib ki, qəzalar daha çox paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir.
"Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb", - o bildirib.