Ötən gün Şəhidlər Xiyabanında çəkilən foto İngiltərənin “Qardian” nəşrində günün fotoları sırasında yer alıb.
Axar.az xəbər verir ki, fotonun müəllifi “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.
“İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər”, - fotonun təsvirində qeyd olunub.