Son xəbərlər

 

Bu gün 31-ci ildönümünü böyük ağrı və hüznlə qeyd etdiyimiz 20 Yanvar faciəsinin iştirakçılarından – qurbanlarından biri də Oruc Bayram oğlu Qurbanovdur.

 

Kult.az xəbər verir ki, Oruc Qurbanov 10 yanvar 1934-cü ildə Qərbi Azərbaycanın (Ermənistan) Pənbək mahalının Qursalı kəndində anadan olub. Onun atası Bayram bəy İkinci Dünya müharibəsi zamanı 416-cı Azərbaycan diviziyasının tərkibində Taqanroq şəhərinin azad edilməsi uğrunda həlak olub.

Oruc Qurbanovla bağlı bir maraqlı fakt da onun doğulub boya-başa çatdığı Qursalı kəndi ilə bağlıdır. 1988-ci ildə azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edilərkən bu kəndin sakinləri ciddi müqavimət göstəriblər. Hətta ermənilər kənd əhalisinin qorxusundan bura girə bilmədikləri üçün kənd “Qanlı Qursalı” olaraq adlandırılıb.

Oruc bəy və ailəsi 1988-ci ildə dədə-baba torpağı olan Qərbi Azərbaycanı tərk edərək Bakı şəhərinə köçmək məcburiyyətində qalıb. Uzun müddət Bakı şəhərində müxtəlif işlərdə çalışan Oruc Qurbanov avtobus sürücüsü işləməyə başlayıb.

Oruc Qurbanovun 79 yaşlı həyat yoldaşı Güllü xanımın dediyinə görə, yoldaşının yanvarın 19-u küçəyə çıxmasının səbəbi övladları olub. Belə ki, Oruc kişinin iki oğlu – Yaşar və Fikrət yanvarın 19-u minlərlə vətənpərvər Azərbaycan gənci kimi meydanlarda müstəqillik tələb edən və rus qoşunlarına qarşı müqavimət göstərənlər arasında idi.

Övladlarından nigaran qalan Oruc Qurbanov onları axtarmaq üçün gecə saatlarında Bakı küçələrinə çıxır. İndiki 20 Yanvar dairəsinə (O vaxt XI Qızıl Ordu dairəsi adlanırdı) gəlir və gənclərin kütləvi şəkildə keçmiş “Salyanski kazarma”nın (Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin binası – red.) ətrafında toplaşdığı xəbərini alır. “Salyanski kazarma”ya yola düşən Oruc Qurbanov buraya gələrkən rus qoşunlarının mülki şəxslərə hücumunun şahidi olur. Bu zaman o da düşmən hücumuna məruz qalır. Sovet qoşununun BTR zirehli transportyoru Oruc bəyin sürdüyü “Raf” maşınının üzərindən keçir.

Oruc Qurbanovun dediyinə görə, o, bu əsnada özünü son anda xilas edə bilib. Övladlarını tapa bilməyən Oruc Qurbanov ətrafda onlarla gəncin yaralandığını görür və yardım etməyə çalışır. Yaralı gəncləri bir-bir yaşayış binalarının girişlərinə gətirirərkən özü də ürəyinə yaxın bir nöqtədən güllə yarası alır. Hadisəni görən iki gənc onu xilas edərək öz evlərinə aparırlar. Tibb Universitetinin tələbələri olan gənclər ilk tibbi yardım göstərsələr də, Oruc Qurbanovun qanaxmasının qarşısını ala birmirlər. Ard-arda çağırılan təcili tibbi yardım maşınları isə rus qoşunları tərəfindən atəşə tutulur və heç bir halda yaralıya kömək edə bilmirlər.

Hadisənin səhəri Oruc Qurbanov 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilir. Onun çoxlu qan itirməsi səbəbilə öldüyü düşünülür və morqa yerləşdirilir.

Oğlu Fikrətin sözlərinə görə, atasını günlərlə paytaxtın xəstəxanalarında axtarırlar. Təsadüf nəticəsində 3 gün sonra Oruc Qurbanovu xəstəxananın morqunda tapırlar. O, qan itirməsinə baxmayaraq, 3 gün morqda sağ qalıb. Qurbanov təcili surətdə əməliyyat edilir və sağalır.

Oruc Qurbanov bu hadisədən 8 il sonra – 1998-ci ildə 63 yaşında bədənindəki qəlpənin ürəyinə təmas etməsi nəticəsində dünyasını dəyişir.

Qeyd edək ki, Oruc Qurbanovun 3 oğlundan ən kiçiyi - Mikayıl Qurbanov Birinci Qarabağ müharibəsi qazisi, nəvəsi Vüsal Fikət oğlu Qurbanov isə İkinci Qarabağ müharibəsi iştirakçısı olub.

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…