Son xəbərlər

 

İşğaldan azad olunan torpaqlarımızda yeni inkişaf modeli qurulacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, Prezidentin hədəfi işğaldan azad edilən torpaqlarda yeni bir inkişaf modeli qurmaqdır:

“Göründüyü kimi, işğaldan azad olunan torpaqlarımızda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağırışlara uyğun qurulmasını özündə ehtiva edəcək. Artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə cənab Prezidentin qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək”.

Millət vəkilinin sözlərinə görə, iqtisadi potensial baxımdan 2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib:

“Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmli deyil və 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb. Yeni model formalaşandan sonra isə işğaldan azad olunan ərazilərimiz ölkədə iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək”.

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…