COVİD-19 dünyada indiyə kimi 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Rəqəmlər hər gün artır. Bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi sessiyadır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətlərdə əməli işlər görülür: "Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir. Prezidentin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan uğur qazanıb, bu, dünya və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb. Eyni zamanda Heydər Əliyev Fondu da bu istiqamətdə humanist təşəbbüslərlə çıxış edir, insanların ehtiyacları təmin olunur".

B.Quliyev bildirib ki, 2020-ci ildə koronavirus pandemiyası bütün dünyada vəziyyəti dəyişdi: "Pandemiya həmçinin beynəlxalq siyasətə, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə də təsirsiz ötüşmədi, bu sahədə böyük çətinliklər və maneələr yaratdı. Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə səmərəli bir vasitə tapılmayıb. Bunun üçün isə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə atası, yaxını, dostu, qardaşı, bacısı, yaxud doğmasıdır. Dünyada, o cümlədən ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarına əməl edilməlidir, özümüzü, ailəmizi və nəhayət, cəmiyyətimizi qorumalıyıq.

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə ölkəmiz bu vəziyyətə anında çevik və adekvat reaksiya verdi. Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirildi. Türk Şurasının zirvə görüşü dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda keçirilmiş ilk tədbir oldu. Bununla da Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı".

Qurum rəhbəri əlavə edib ki, Xüsusi Sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək: "COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən koronavirus bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün Azərbaycanın BMT-ni idarə etmək təcrübəsi var. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. 2020-ci il ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər çaldı. Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə oldu. Lakin bütün bunlara rəğmən dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi".

26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…
23 Aprel 2024 Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...