Son xəbərlər

 
“Mənim bu kəndə xüsusi diqqətim var”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

 

“Qafqazinfo” Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir:

“Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi.

 

Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Sənaye parkı fəaliyyət göstərir, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb.

Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib”.

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…