Son xəbərlər

 

Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda deputatlar çıxış edərək karantin rejiminin yumşaldılması ilə bağlı təkliflər irəli sürüblər.

Deputat Fazil Mustafa bəzi iş yerlərinin açılmasını təklif edib: “Marketlərə çox sayda insan daxil olur,  amma digər müəssisələr işləmir. Kiçik sahibkarlar fəaliyyət göstərmir. Operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma  nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq. Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”. 

Deputat Vahid Əhmədov deyib ki, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir: “Amma bizdə proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.

Deputat Fəzail Ağamalı da bəzi sahələrin fəaliyyətinə icazə verilməsini təklif edib: “Bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq. SMS qaydasının ləğv edilməsi ilə insanların küçələrə axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: “Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti azaldılmalı, mümkün olsa, pulsuz olmalıdır”.

26 Aprel 2024 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...
26 Aprel 2024 “Arka sokaklar”dan buna görə çıxıbmış
25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…