Hizbullah hərəkatı terrorçularla (üsyançılar – red.) mübarizədə Suriya rəhbərliyinə dəstək verəcək.
Axar.az xəbər verir ki, Hizbullah baş katibi Naim Qasım deyib.
“Biz bu terror təcavüzünə müqavimət göstərmək üçün Suriyanın yanında olacağıq”, – Qasım deyib.
Onun sözlərinə görə, terrorçuların (üsyançılar – red) arxasında ABŞ-ın rəhbərlik etdiyi Qərb qüvvələri dayanır.
Qeyd edək ki, Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif döyüşçülərə qarşı əməliyyatlar keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar.