Son xəbərlər

 

Yanvar ayına olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Yanvar ayının ilk həftəsi hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 6-11 dərəcə şaxta, dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 17-31 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlarda 0-5 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 44-98 mm).

11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü
29 Dekabr 2024 Sabahdan yeddigünlük bayram tətili başlayır
27 Dekabr 2024 Prezident fərmanı: AZAL-a subsidiya artırıldı