Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib.

 

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsil müəddisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir.

"Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq, tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər.

Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir.

Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil", - agentlikdən qeyd edilib.

Agentlikdən əlavə edilib ki, artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur:

"Lakin bu zaman ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır".

22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü
29 Dekabr 2024 Yanvarın havası: 23 dərəcə şaxta...
29 Dekabr 2024 Sabahdan yeddigünlük bayram tətili başlayır
27 Dekabr 2024 Prezident fərmanı: AZAL-a subsidiya artırıldı
27 Dekabr 2024 Toplum TV işi: Tutulan şəxslərlə bağlı yeni qərar...
27 Dekabr 2024 Təyyarədə oksigen balonu partlayıbmış... - Nazir
26 Dekabr 2024 Məscidlərdə təyyarə qəzasının qurbanları anıldı
25 Dekabr 2024 Matəm günü: televiziyaların proqramında dəyişiklik olacaq
25 Dekabr 2024 Bu rayonlarda 8 dərəcə şaxta olub
23 Dekabr 2024 Faktiki hava açıqlandı
20 Dekabr 2024 Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq
18 Dekabr 2024 Hərbi xidmətlə bağlı yeniliklər: kimlərə şamil ediləcək?
16 Dekabr 2024 Azərbaycanda bu cərimələr artırıla bilər
11 Dekabr 2024 Kənd sakinləri: Meyvə ağaclarını da kəsib yandırmışıq... - Video
11 Dekabr 2024 Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
11 Dekabr 2024 Gələn ilin bayram günləri müəyyən edildi
11 Dekabr 2024 Ramazan bayramında 3 gün ardıcıl iş olmayacaq