O, böyük sevginin admıdır... Vətəni ürəyinin başında saxlaya biləcək qədər gücə malik olan bir sevginin... Doğmalarını, ətrafını, işini qoruya biləcək bir sevginin... Elə bu sevgidir onu həmişə ucalıqda saxlayan, VAR edən.

Düşünürəm ki, ürəyində Vətən eşqi, əllərində torpaq təravəti, yaşantılarında insan sevgisi olanlar necə də bəxtəvərdilər. Bəxtəvərdilər ona görə ki, onlar bir ömürlük zaman kəsiyində əsl Vətən aşiqi, əsl incan, əsl dost, əsl ziyalı olmağı bacarırlar. Bu ömür sahiblərinin yaşamı insanlara örnək ola biləcək qədər müqəddəsdir. Belələrinin yaşadıqları ömrün hər anı əsl ziyalılıq və dostluğun təcəssümüdür. Haqqında danışmaq istədiyim İbrahim Cəfərovun bütün ömrü bu müqəddəsliyin əhatəsində keçib. Ona görə də həmişə düşünürəm ki, yer kürəsi İbrahim Cəfərov kimi örnək ömür yaşayanların sayəsinə hələ öz məhvərindən çıxmayıb.
... O, həyatını mənalandırmağın yollarını öz fəaliyyətində tapacağına inamlı idi. İçində var olan İNAMın onu ömrün bütün dolaylarındakı sınaqlarından uğurla çıxaracağına tapınmışdı. Aradan illər ötəndən, yaş üstünə yaş gələndən sonra inamında nə qədər haqlı olduğunu təkcə özü yox,ətrafındakılar da gördü. Yaşanmış ömründə peşiman olacaq hər hansı xırdaca bir əməli belə olmadı. Tam açmasını bilmədiyimiz, həmişə nəyəsə, kiməsə nisbətdə müəyyən etmək istədiyimiz xoşbəxtlik deyilən bəlkə də elə budur... İnsanın içində formalaşan inamın gücü belə olurmuş. Mərhum xalq şairi Nəbi Xəzrinin misraları yada düşür:

BÖYÜK SEVGİNİN ADAMI
BÖYÜK SEVGİNİN ADAMI

Nə güclü olurmuş insan cahanda,
İnamı özünə qaytarılanda.
Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərov kimi belə maraqlı və şərəfli ömür sahibindən danışıram… Onun haqqında düşünəndə ilk ağlıma gələn bu fikir oldu: “Xalq üçün, Vətən üçün yaşanan əsl insan ömrüdür İbrahim müəllimin ömrü”. Heç də təsadüfi deyil ki, onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı vəzifələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Söhbət hansı mərhələlərdən keçsə belə yenə də yazının əvvəlndə dediyimiz BÖYÜK SEVGİyə gəlib çıxırıq. İbrahim müəllim kimi çalışdığı sahələrdə kollektivin, yaşadığı yerlərdə insanların sevgisinə sahib olmaq üçün ta yaranışdan içində böyütməlisən o sevgini. Sən ürəyini, ətrafını sevgiyə bələməlisən ki, sevgi də həyatını mənalandırsın.
PROFESSOR İBRAHİM CƏFƏROVUN ÖMÜRLÜYÜNDƏN: İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib.1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub. 13 fevral 1989-cu il həmin akademiyada namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildən Kənd Təsərrüfatı İnstitutunda müəllim kimi işləməyə başlayıb. 1993-cü ildən 2002-ci ilə qədər Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və Torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-cı il tarixli qərarı ilə ona kənd təsərrüfatı elmləri doktoru, 2006-cı ildə isə professor elmi dərəcələri verilib.

BÖYÜK SEVGİNİN ADAMI
BÖYÜK SEVGİNİN ADAMI

Professor İbrahim Cəfərov 2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru, 2013-2022-ci il tarixlərində isə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olmuşdur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
İbrahim müəllim 6 oktyabr 2022-ci ildə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 100-dən artıq elmi məqalə, 170 elmi əsər, 10 dərslik və dərs vəsaitinin, həmçinin 6 patent müəllifidr. İbrahim müəllimin rəhbərliyi altında 6 nəfər fəlsəfə, 1 nəfər isə elmlər doktoruluğunu müdafiə edib. Həmçinin Rusiyanın Miçurinsk, Qazaxıstan, Moldova və sair ölkələrin fəxri elmlər doktoru, Qazaxıstan Aqrar Akademiyasının akademikidir. 3-cü dərəcəli "Vətənə xidmət", ordeni, "Cümhuriyyət" medalı ilə təltif olunmuşdur. 4 övladı, 12 nəvəsi var.
Professor İbrahim Cəfərovun həyat yolu bu qədər zəngin və şərəflidir. İbrahim müəllimin və ətrafında olanların haqlı qənaətinə görə, ona həmişə ömür pillələrində inamla addımlamağa ilham verən özünün nəzəri bilikləri, təcrübəsi ilə yanaşı, həmişə haqqın-ədalətin yanında olması - bütün fəaliyyəti fəaliyyəti dövlətə, dövlətçiliyə və Heydər Əliyev ideyalarına göstərdiyi sədaqətdir.

BÖYÜK SEVGİNİN ADAMI

AĞ YOLUN BƏMBƏYAZ MÜDRİKLİK TƏCƏSSÜMÜ…

Bu yolun başında Yaradanın hökmü var. Dünyada ən böyük hökm yarada bilməkdir. İbrahim Cəfərov da Tanrı hökmü ilə yarandı. Ona qarşıda yaşayacağı, yaradacağı bir ömür verildi. Rəhmətlik jurnalist Osman Mirzəyevin dediyi kimi, nə qədər yaşayacağını bilə bilməzsən, çünki səndən asılı deyil, amma necə yaşayacağın səndən asılıdır. İbrahim Cəfərov necə yaşayacağını çoxdan müəyyən edib. O, bilir ki, yaşantılarının, yaratdıqlarının xalqına, əhatənə səmərəsi dəymirsə, deməli heç yaşamamısan…
İbrahim Cəfərov bütün həyatını, elmini, müəllimliyini xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur. İbrahim müəllim kimi…
… Həyat ağrı-acısı, müşkülü-asanı ilə yaşananda möhtəşəm olur. Arxada qalan zaman kəsiyində gördüyün işlərin, əməllərin sənə qürurlanmağa haqq verirsə, deməli bu ömrü boşuna yaşamamasan. Yaşadıqların səni yaşadacaq qədər dəyərlidirsə, fəxr eləməyə haqqın var. Bu prizmadan yanaşanda İbrahim Cəfərov da yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil oldu. Mənə elə gəlir ki, İbrahim müəllim həmişə, elə gəncliyində də beləcə müdrik görkəmdə, ahıl düşüncədə olub.

BÖYÜK SEVGİNİN ADAMI

KÖMƏYİNƏ ÇATDIĞI HƏR KƏSİN ÜZÜNDƏ SEVİNC GÖRƏNDƏ…

… İbrahim Cəfərov kimi ziyalılar, böyük ürək sahibləri seçilmiş insanlardır. Onlar elə yer üzünə dünyanı səhmana salmaq üçün göndəriblər. Həyatını və fəaliyyətini xalqının səadətinə həsr etmiş, könlü tox, büllur kimi saf düşüncələri ilə insanların yoluna işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadanlara SEÇİLMİŞLƏRdən ayrı nə ad vermək olar... İbrahim müəllim kimi bir İNSANın ömür yolu haqqında böyük bir dastan yazmaq olar.
Böyük rus yazıçısı A. P. Çexov sanki İbrahim müəllim kimi insanların haqqında demişdir: “Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. İbrahim müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Müxtəlif vəzifələrdə çalışdığı illərdə işinin müqəddəsliyini qoruyub saxlaya bilmişdir. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır…

BÖYÜK SEVGİNİN ADAMI

ƏSL PEŞƏKAR

İbrahim Cəfərov bütün elmi uğurlarından, xeyirxahlıqlarından öndə dayanan bir dəyərə söykənib: O dəyər illərdir Azərbaycan müstəqilliyini qoruyub saxlayan, Azərbaycan həqiqətlərini dünyaya car çəkən, 44 günlük Zəfər Savaşında torpaqlarımızı düşmən işğalından qurtaran Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqliyidir.
O, heç bir təmənna güdmədən, vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini həmişə sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.Professor Heydər Əliyev kimi BÖYÜK İNSANA dəyər verməkdən zövq alır. İbrahim müəllim Ulu Öndərin siyasi kursuna sadiqliyi və prinsipial mövqeyi ilə həmişə seçilib.
Ulu Öndər haqqında professor İbrahim Cəfərovun düşüncələri də diqqətçəkəndir. O deyir ki, bəşər tarixində tək-tək nəhəng simalar - şəxsiyyətlər olub ki, onlar bütün şüurlu həyatını xalqının rifahı yolunda şam kimi əridib. Belə insanlar ümummilli lider səviyyəsinə yüksəlir. Bu adı qazanmaq üçün insan anadan fateh doğulmalıdır ki, qarşıdakı ən yüksək zirvəni fəth edə bilsin, həyatını xalqının yolunda şam kimi əritsin, ən çətin anlarında sinəsini soyuq nəzərlərə sipər etsin. Ümümmilli lider Heydər Əliyev məhz belə bir şəxsiyyət olub. O, öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub-saxlamaqla, Azərb¬ay¬ca¬n həqiqətlərini dünyaya çatdırmaqla xalqın ümummilli liderinə çevrildi. Belə insanlara tarixi şəxsiyyət deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər həm də öz titanik fəaliyyətləri ilə tarix yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış böyük Heydər Əliyev kimi.
Ulu öndər siyasi kursunun şərəfli davamçısı Prezident İlham Əliyevdən nümunə götürən İbrahim müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. Ona ümidlə müraciətə edən hər kəsə maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Əsl peşəkarlar məhz belə olur.

BÖYÜK SEVGİNİN ADAMI

İBRAHİM MÜƏLLİMİN ÜRƏYİNİN İŞIĞI

İbrahim Cəfərov haqlı olaraq deyir ki, bir ömürdə qazandıqlarım içərisində ən dəyərlisi fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. İbrahim Cəfərovun özündə cəmləşmiş bütün müsbət xüsusiyyətlər, təbii olaraq, ailə üzvlərinə sirayət edib. İbrahim müəllim qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, yorulmaz fəaliyyəti və millət qarşısında danılmaz xidmətləri ilə cəmiyyətimizdə baş tutan hər bir tədbirə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə O özü oldu. Onun gördüyü işlər, xeyirxah məqsədi, savab əməlləri bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir.
Bu ailənin üzvləri doğulduğu kənddə və yaşadıqlqrı şəhərdə və onları tanıyanlar arasında yüksək nüfuza malikdirlər. Bu nüfuz elə-belə qazanılmayıb. Onlara bu nüfuzu qazandıran hər zaman çətinlikdə və ehtiyacı olan tanıdıqları insanların yanında olmaları və əllərindən gələn köməyi göstərmələridir. Bunlar hamısı İbrahim müəllimin ürəyinin işığıdır ki, nura dönüb ömür yollayına səpələnib.
Mənəvi dəyərlərimizə sadiqlik bu qayıkeş və gözəl ailə başçısının həyat amallarından biridir. İbrahim müəllim kimi insanların ömrünü mənalarından, şərəfləndirən amillərdən biri, bəlkə də birincisi həmişə el içində olmasıdır. Məhz belə insanlar öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını Vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Onlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar. Uzun illəri dostluğu, apardığım müşahidələr zamanı öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur...

BÖYÜK SEVGİNİN ADAMI

“BÖYÜK İNSANLAR HƏYATIN MƏNASINI ÖZÜNDƏ, KİÇİK İNSANLAR ÖZGƏLƏRİNDƏ AXTARIR”

Çalın-çarpaq ömür yolunun 70-ci pilləsinə doğru addımlamaqdadır. Maraqlı və mənalı ömür yolunun xeyli hissəsi İbrahim Cəfərov üçün artıq şərəfli bir keçmişdir. Onun arxada qoyduğu altmış doqquz ilin kəhkəşanı Vətənə sədaqətlə xidmətində, insanların ürəyində ucaltdığı abidədə, bir ailəlik tabloda aydın görünür. Qarşıda hələ zəngin bir yol gözləyir. Böyük Çin filosofu Konfutsinin fikirləri yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
… İbrahim Cəfərov həyatın MƏNASInı özündə axtarıb tapdı, hər işdə, hər əməldə ÖZÜ oldu. Dünyada ÖZÜN olmaq qədər şərəfli nə ola bilər ki…

21 Yanvar 2025 Əhali "kənd yumurtası" adı ilə aldadılır? - AİB SƏDRİ DANIŞDI
20 Yanvar 2025 Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq”
19 Yanvar 2025 Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir
13 Yanvar 2025 Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar? VİDEO
13 Yanvar 2025 Taksi sürücülərinin nəzərinə!
13 Yanvar 2025 Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin”
13 Yanvar 2025 Yeni dünya nizamı formalaşdırılır
10 Yanvar 2025 Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
10 Yanvar 2025 Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir - TƏHLİL
10 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”
09 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
07 Yanvar 2025 Zelenski niyə belə edir, nəyi çatmır? - Lukaşenko
06 Yanvar 2025 Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
06 Yanvar 2025 Zamin hansı hallarda ödəniş etməkdən azad ola bilər? - AYDINLIQ GƏTİRİLDİ
29 Dekabr 2024 "Həmrəylik Günü ən çox bizim xalqa yaraşır" - ŞƏRH EDİLDİ
29 Dekabr 2024 Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident
29 Dekabr 2024 Suallar var: Havada endirilən zərbədən sonra təyyarə... - Prezident
29 Dekabr 2024 Uçuşları dayandırmağa mən göstəriş vermişəm!
29 Dekabr 2024 Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!
29 Dekabr 2024 Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub
29 Dekabr 2024 Rusiya ilk şərtimizə dünən əməl etdi, qaldı ikisi - Əliyev
29 Dekabr 2024 Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident
29 Dekabr 2024 Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
28 Dekabr 2024 Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir
25 Dekabr 2024 Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
25 Dekabr 2024 Təyyarə qəzası: həlak olanların ailələrinə yardım göstəriləcək
25 Dekabr 2024 Azərbaycanda matəm elan olundu
25 Dekabr 2024 FTB Teslanın bütün qeydlərini məhv etdi - Dünyadan gizlədilən ŞOK MƏQAM
25 Dekabr 2024 Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik - Cəbrayıl sakini
24 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”