Son xəbərlər

 

Azərbaycan Dillər Universiteti (ADU) ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilini uğurla davam etdirir.

Bu məqsədlə universitetdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanır, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ADU-nun ümumavropa məkanına inteqrasiya olmasına, rəqabət qabiliyyətinin artmasına, tədris proqramlarının beynəlmiləlləşməsinə kömək edir.

Axar.az xəbər verir ki, ADU hələ uzun illər bundan əvvəl Azərbaycan təhsil sistemində ilk dəfə olaraq öz təşəbbüsü ilə Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsi işləyib hazırlamış və 2010-cu ildən etibarən bu universitet ilə ikili diplom (2+2) proqramı üzrə əməkdaşlığa başlayıb. Qeyd edək ki, bu, Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsi idi.

Əldə olunmuş razılaşmaya əsasən, ADU-nun İngilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb və tələbələr ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilirlər. Artıq ADU-nun bir neçə tələbəsi Esseks Universitetindən yüksək nəticələrlə məzun olaraq hər iki universitetin diplomlarını alıblar. Gələcəkdə ADU və Essex Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq və bu tərəfdaşlıq hər iki universitet üçün əhəmiyyətli imkanlar yaradacaq.

Bu yaxınlarda isə Azərbaycan Dillər Universiteti beynəlxalq əməkdaşlıq istiqamətində növbəti mühüm addımını ataraq Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmouth Universiteti ilə magistratura səviyyəsində ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib. Yeni proqram çərçivəsində ADU-da magistr təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmouth Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar.

ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir: Portsmouth Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir.

Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

Azərbaycan Dillər Universiteti gələcəkdə digər nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyi və tələbələrə dünya səviyyəli təhsil imkanları təqdim etməyi hədəfləyir. İkili diplom proqramları qlobal elmi və pedaqoji inteqrasiyanın inkişafına töhfə verməklə yanaşı, gənclərə beynəlxalq karyera yollarını açmaq üçün mühüm platforma rolunu oynayır.

11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü
29 Dekabr 2024 Yanvarın havası: 23 dərəcə şaxta...
29 Dekabr 2024 Sabahdan yeddigünlük bayram tətili başlayır
27 Dekabr 2024 Prezident fərmanı: AZAL-a subsidiya artırıldı