Son beş ildə Azərbaycanda 17 170 oğlana Yusif, 16 234 qıza isə Zəhra adı verilib.

12 049 oğlana Əli, 12 039 oğlana Hüseyn, 8510 oğlana Ömər, 7561 oğlana Məhəmməd, 10 239 qıza Fatimə, 8907 qıza Zeynəb adı qoyulub.

Ədliyyə Nazirliyinin statistik məlumatları əsasında Oxu.Az-ın apardığı araşdırmalar nəticəsində, son beş ildə ən çox istifadə edilən adların, əsasən, dini adlar olduğu məlum olub.  

Sadalanan adlarla yanaşı, qızlara verilən məşhur adlar sırasında Nuray (11 455), Fatimə (10 239), Aylin (8729), Məryəm (7746), Mələk (7067), oğlanlara verilən adlar sırasında isə Uğur (6760), Murad (7437), Ayxan (5908) olub.

Son beş il ərzində doğulan uşaqlara ən az verilən adlar isə bunlardır: 1053 oğlana Fateh, 1096 oğlana Sübhan, 1147 oğlana Fuad, 1205 oğlana Emin, 1225 oğlana Elmir, 1236 oğlana Əkbər adları, 1033 qıza Əsmər, 1041 qıza Aytac, 1042 qıza Aişə, 1363 qıza Lalə, 1268 qıza Əsnad, 1587 qıza isə Rüqəyya adları qoyulub.

Apardığımız kiçik sorğunun nəticələrinə görə, vətəndaşlar övladlarına ad seçərkən əksər hallarda ailə böyüklərinin adına və dini adlara üstünlük verirlər. Buna baxmayaraq, müasir adları seçənlərin də sayı az deyil.

Azərbaycan xalqının ən sevilən bayramlarından biri, baharın gəlişinin müjdəsini verən və martın 21-də qeyd olunan Novruz Bayramına az vaxt qalır.

Bayrama hazırlıq, əslində, bayramdan bir ay əvvəl başlayır. Bu ay ərzində isə dörd: su , od, yel və torpaq çərşənbəsi qeyd edilir.

Çərşənbələr təbiət elementlərinin oyanması, əsas beşinci element isə - yeni parlaq günün – Novruzun gəlişindən, təbiətin oyanmasından xəbər verir.

Qarşıdan üçüncü çərşənbə -Yel çərşənbəsi gəlir.

Yel çərşənbəsini necə qeyd edirlər?

Sayca üçüncü olan çərşənbə küləyin və təmiz havanın həyat verən gücünə olan inancla bağlıdır və əvvəlki çərşənbələrdən bəzi xüsusiyyətlərinə görə fərqlənir.

İnanca görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir, isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Günəş şüaları havanı isidir, kəndlərdə isə əkin-biçin işlərinə hazırlıq başlayır.

Xalq arasında Yel çərşənbəsi “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi tanınır.

Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır. Xüsusәn qadınlarımız, qızlarımız yorğan-döşәyi havaya atır vә onun tәzә gәlәn bahar nәfәsilә yenilәnmәsini, çıxan günәşin tәsiri altında daha da tәmizlәnmәsini istәyirlәr. Hәmçinin, evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinir.

Ulularımız deyirdilər ki, “Yel əsdirəni söyməzlər”, belə ki, hava insanı bu dünyaya gəldiyi gündən köçəcəyi günə qədər müşayiət edən nəfəsi tərənnüm edir.

Yeri gəlmişkən, bu gün bizim paytaxtımızla simvolikdir. Axı Bakı "Küləklər şəhəri" adlanır...

Həmçinin, adətə görə, bu gün dünyasını dəyişən insanları və ruhlarını xatırlayırlar. İnanclara görə, ata-baba ruhları bu bayramda evə gəlirlər və buna görə də həmin gün süfrələr zəngin bir şəkildə qurulmalıdır.

Fisincan plov bayram süfrənizin bəzəyi olacaq

Bayram çərşənbələrində süfrənin hazırlanmasına böyük diqqət yetirilir. Azərbaycanda ənənəvi olaraq süfrənin şah əsəri plovdur.

Yel çərşənbəsində milli plovun çoxsaylı növlərindən biri olan Fisincan plovu hazırlamağı təklif edirik.

Bu plov narşərab sousunda xırdalanmış qozla birlikdə bişirilmiş toyuqla hazırlanır. Fisincan fars mənşəli qədim yemək növlərindən biridir.

Plovun hazırlanması üçün sizə basmati düyüsü, əridilmiş kərə yağı və qazmaq üçün xəmir lazım olacaq. Fisincan plovunu bişirmək üçün sizə kiçik bir toyuq, soğan, xırdalanmış qoz ləpələri, narşərab, toyuq suyu və əridilmiş kərə yağı lazım olacaq.

Toyuq tam hazır olana qədər onu orta odda bişiririk, bu zaman suyun qaynamasına nəzarət etmək lazımdır. Ayrı tavada soğanı açıq qızılı rəngə çalana qədər qızardırıq və xırdalanmış qozu əlavə edirik, sonda da narşərab tökürük. Bu qarışığı bir neçə dəqiqə ərzində vam odda qarışdıra-qarışdıra bişiririk. Sonra toyuq suyunu və ətini əlavə edib, 30 dəqiqə vam odda mütəmadi qarışdıraraq bişiririk.

Fisincan plovu süfrəyə verilən zaman toyuq və qazmaqla bəzədilmiş düyü ayrı-ayrı qablarda çəkilir.

Fisincan plov hazırlacaqsınızsa, yalnız “Mərcan” toyuğunu seçin

Qadınların yemək bişirmə bacarıqlarına əlavə olaraq ləzzətli yeməyin açarı həmçinin yüksək keyfiyyətli, təzə və sağlam məhsullardır.

Yel çərşənbəsində bayram süfrəsinin şah yeməyi Fisincan plovun əsas komponenti olaraq yerli “Mərcan” brendinin toyuğu uyğun gələcək.

Yalnız bu toyuq yeməyə nəfis toyuq ətri hopduraraq, bütün ləzzətli dad xüsusiyyətlərini verəcək. Əti yumşaq qalan bu toyuqlar, dərisi qızılı rəngə çalana qədər qızarma xüsusiyyətinə malikdir. “Mərcan” toyuğu -  pəhriz edən insanlara, allergik xəstələrinə, yemək mövzusunda seçici davranan uşaqlara və yaşlı insanlara uyğun, universal bir qida məhsuludur. Yeri gəlmişkən, Bakının ən tanınmış restoranlarının aşpazları da bu brendin toyuqlarına üstünlük verirlər.

Vacib amillərdən biri də “Mərcan” toyuqların tez bişməsidir, bu da xüsusilə sevindirici haldır, çünki bayram çərşənbələri iş günü hesab olunur.

Dadı ilə yanaşı, məhsulun faydalı xüsusiyyətləri barəsində də düşünmək vacibdir, çünki Novruz uşaqları və yaşlı nəsli də masanın ətrafında toplayan bir ailə bayramıdır. Bu baxımdan, Mərcan brendinə gözübağlı güvənmək olar.

İstehsalatda yalnız təbii, heç bir kimyəvi qatqı, GMO, antibiotik, anabolik və hormon olmayan təbii yemdən istifadə olunur. Həmçinin, toyuğun çəkisini artırmaq üçün heç bir inyeksiya istifadə edilmir. Ət su ilə deyil, hava ilə soyudulur.

Bununla belə, Mərcan məhsullarının keyfiyyətinin və ekoloji cəhətdən səmərəliliyin əsas meyarı dünyanın ən tələbkar sertifikatlaşdırma orqanlarından biri - Malayziyanın JAKIM şirkəti tərəfindən verilmiş HALAL sertifikatıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də öz növbəsində ölkənin ticarət şəbəkələrinin əksəriyyətində əldə edilə biləcək  “Mərcan” toyuqlarını əhalinin bütün təbəqələrinə tövsiyə edir.

Bunun əksinə, əhaliyə bazarlarda və əllərdən toyuq alınmasına qarşı xəbərdarlıq edilir, çünki bir çox hallarda belə məhsullar sanitariya və istehsal standartlarına cavab vermir,  bu da zəhərlənməyə səbəb ola bilər.

Əgər Yel çərşənbəsində zəhərlənmə sizin planlarınıza daxil deyilsə, onda illər ərzində özünü sübut edən və yüz minlərlə vətəndaşın güvəndiyi təchizatçını seçmək daha yaxşıdır. Axı qida mütəxəssisləri olan azərbaycanlılar yalnız ən yaxşısını seçməyi bacarırlar.

Martın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu,  nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

 

Sərnişin avtobusları ilə bağlı tələblər sərtləşdi: nə dəyişəcək?















Ekspert: “Bu qaydalara əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”
Bakı şəhərində fəaliyyət göstərən avtobuslara dair tələblər müəyyənləşib. Bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilib. Bu tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir.

İrəli sürülən tələblərdən bəzilərini qeyd edək: Salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi; sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm; maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu; sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu; qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı; ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları; dərman qutusu, hər birinin tutumu minimum 4 kiloqramlıq olan və bir ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq; avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu.

Bu gün xüsusilə də Bakı kəndlərinə, qəsəbələrə hərəkət edən avtobuslardakı vəziyyət olduqca acınacaqlıdır. Avtobusların sayının az olması səbəbindən insanlar çətinliklə nəqliyyat vasitəsinə minib, ayaqüstə dayanmağa belə yer tapmırlar. Bundan əlavə avtobus sürücülərinin səriştəsizliyindən, nəqliyyat vasitəsinin istismara yararsız olmasından da şikayət çoxdur. Konkret olaraq yuxarıda irəli sürülən tələblərə Bakıda çox az avtobusda əməl olunur. Bəs bu tələblərin həyata keçirilməsi mümkün olacaqmı?

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov hesab edir ki, tələb varsa yerinə yetirilməlidir: “Xüsusilə də sərnişindaşıma məsələlərində təhlükəsizlik qaydalarının yüksək səviyyədə tətbiq olunmasından danışırıqsa, bu tələblər yerinə yetirilməlidir. Ötən il dekabrın 27-də yol hərəkətində təhlükəsizliyin təmin olunması ilə bağlı 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiq olundu. Həmin sənəddə konkret olaraq ictimai nəqliyyatda təhlükəsizlik qaydalarının tətbiq edilməsi, bunun üçün zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub. Faktiki olaraq baş nazirin imzaladığı yeni qaydalar da bilavasitə bu proqramdan irəli gələn bir haldır. Orada bu gün sərnişindaşımada müşahidə olunan bütün problemlərlə bağlı tələblərə rast gəlmək mümkündür. Sərnişin avtobusları, qapısı açıq formada idarə edilməli deyil. Bu, sərnişinləri təhlükə altına alan haldır. Artıq avtobuslarda elə mexanizm tətbiq olunacaq ki, qapısı açıq olan avtobus idarə edilməyəcək. Sürəti məhdudlaşdıran cihazın quraşdırılması da çox önəmlidir. Mütləq şərtdir ki, avtobuslar onlar üçün nəzərdə tutulan sürət həddini keçməyərək hərəkət etsinlər. Bakıda bu gün avtobusların kifayət qədər sürətlə idarə olunmasını görürük. İnzibati riçaqlara, cəza tədbirlərinə baxmayaraq, yenə də bu kimi hallar yaşanır. Belə olduğu halda sürəti məhdudlaşdıran cihazın tətbiq edilməsi müsbət effekt verə bilər. Düşünürəm ki, bu tələblərin tətbiq olunması üçün problem yaranmayacaq. Yay aylarında müşahidə edirik ki, avtobusun içərisindəki yüksək temperatur səbəbindən sürücülər qapıları açıq qoyurlar”.

Avtobuslaırn sayının artırılmasına gəlincə isə ekspert bildirib ki, hazırkı tələblərdə belə bir nüans yoxdur: “Tələblər əsasən 3 istiqamət üzrə köklənib. Birincisi, avtobusun texniki göstəricilərinə aiddir. İkincisi, avtobusun daxili tərtibatı, sonuncu isə xarici tərtibatıdır. Yəni bu tələblər sırf avtobusların istismarı ilə bağlı olan üç element üzrədir. Təbii ki, tələblərdə taksi, dayanacaqlarla bağlı da məqamlar var. Say məsələsi yuxarıda qeyd etdiyimiz dövlət proqramına aiddir. Orada bununla bağlı konkret müddəa mövcuddur. Göstərilib ki, əhalinin sayı nəzərə alınmaqla avtobusların sayı optimallaşdırılsın. Buna isə monitorinq və qiymətləndirmələr əsasında müəyyən olunacaq. Tələblərdə GPS-lə izləmə məsələsi də var. Bununla avtobuslar izləniləcək və belə halların qarşısını almaq üçün addımlar atılacaq. Pik saatlarda intervalı artırmaq olar ki, xəttə daha çox avtobus buraxılsın. Bu hal isə şirkətlərin imkanlarına bağlı olan məsələdir. Bakı Nəqliyyat Agentliyi bunun üzərində işləyir ki, sayın optimallaşdırılması ilə bağlı əlavə olaraq bir neçə qərar verilsin. Tələblərə əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”
“Hüseyn Dəryanın yeganə övladı Ayşədir” – Reperin bacısı















Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin qalmaqalı bitmir. 

Dərgi.az-ın məlumatına görə, Ayşə “Bizimləsən” verilişinə gələrək bibisi ilə DNT analizi verərək, musiqiçinin qızı olduğunu sübut etməyə çalışıb. Analizin nəticəsində isə 15 gendən 13-ü uyğun gəldiyi üçün onların qohumluğu tam olaraq sübut edilməyib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, bu nəticə normaldır və 15 gen yalnız atalıq testi olanda üst-üstə düşür.

Bir çoxları isə DNT analizi üçün Dəryanın qəbrinin açılmasını istəyib.

Reperin bacısı Ofeliya isə efirə zəng edərək, Ayşənin tərəfini tutub:

“Bu söhbət 5 il bundan əvvəl olub. Qardaşımın dəfnində biri deyib ki, Cahangir Hüseynin oğlu deyil. Sona da onunla dava edib, məhkəməyə verəcəyini demişdi. Sonra biz Sonaya və anasına dedik ki, DNT analizi verin. Qayıtdılar ki, vaxtımız yoxdur. Ayşə mənim qardaşımın balasıdır, heç kim bunu dana bilməz. Bütün nəsil bilir ki, Hüseyn Dəryanın bir övladı var, o da Ayşədir.

Sonaya dedim ki, ya DNT analizi et, ya da Cahangir adını dəyiş. Burada çox qaranlıq məqamlar var. Biz Cahangiri Hüseyn Dəryanın oğlu kimi qəbul etmirik. Bütün nəsil bu fikirdədir”.

“Sona xanım zaqs kağızını göndərdi. Evdə ona fikir verdim ki, 2006-cı ilin oktyabrında zaqsa gediblər, dekabrda Cahangir doğulub. İki ay ərzində bunlar arasında hər şey baş verib. Həmin ərəfələrdə atam narkotik istifadəçisi olub, küçələrdə qalıb. Atam narkotik istifadəçisi olubsa, necə uşağı doğulub” deyə, Ayşə iddia irəli sürüb.

Qeyd edək ki, Ayşə atasının digər nikahdan olan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Cahangirin anası Sona isə bundan imtina edib.
Əfv sərəncamı nə vaxt imzalanacaq? – Tarix müəyyənləşdi














Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb.
Komissiyadan Modern.az-a verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırdır.

Əldə olunan məlumata görə, qarşıdakı həftə ərzində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Məlum olduğu kimi, əfv sərəncamnın verilməsi ölkə rəhbərinin konstitusion hüququdur.

Əfv sərəncamının 13 mart-17 mart tarixlərində imzalanacığının gözlənildiyi vurğulanır.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.
Eldar Əzizov Atatürk parkındakı işlər barədə açıqlama verdi















Eldar Əzizov Atatürk parkında aparılan yenidənqurma işlərinin dayandırılmasının səbəbini açıqlayıb

“Atatürk parkında da Prezidentin tapşırığı ilə yenidənqurma ilə bağlı böyük bir proses başladı. Amma sonra aydın oldu ki, parkın ortası ilə böyük bir boru keçir, sızma var”.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov deyib ki, “Azərsu” ASC tərəfindən bu problem həll ediləndən sonra işlər davam etdiriləcək: “Azərsu” ASC bu problemin aradan qaldırılması istiqamətində işlər görür”.
Bu ölkələrdə krandan su içməyin, təhlükəlidir — SİYAHI















Amerika səhiyyə nazirliyi dünyada içməyə yararsız və təhlükəli içməli suyu olan ölkələrin siyahısını hazırlayıb.
Bu barədə “Daily Mail” nəşriyyatı məlumat yayıb. Məlumata əsasən, siyahıya 187 ölkənin adı daxil edilib.

MDB məkanındakı bütün respublikaların adı siyahıya daxil edilib. Estoniya isə siyahıdan kənarda qalıb. Mütəxəssislərin fikrinə görə, sözügedən ölkələrdə krandan axan suyu içmək çox təhlükəlidir.
Bununla yanaşı, ABŞ, Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və Aİ-nin bir sıra ölkələrində krandan su içmək təhlükə kəsb etmir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, hər il 842 min insan dünyada keyfiyyətsiz suya görə dünyasını dəyişir
"Pensiyalarla bağlı yeni konsepsiya hazırlanır" — Sahil Babayev















"Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir."
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:

"Konsepsiya Azərbaycanın pensiya sistemində islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik".

S.Babayev xatırladıb ki, ötən il dövlət başçısı 2006-cı ilədək vətəndaşların sığorta stajının amnistiyasını təmin edən tarixi qanun qəbul edib:
"Bu, bizə 1 yanvar 2019-cu ildən pensiyanın təyin olunmasını avtomatlaşdırmağa imkan verdi və biz artıq pensiyanı elektron şəkildə alan 5 mininci pensiyaçı ilə görüşmüşük. Şübhəsiz ki, bu, mühüm islahatdır və dünyanın çox az ölkəsində bu praktika mövcuddur. Fikrimcə, biz bu baxımdan pensiyaların təyin olunması sisteminin təşkili üzrə ən yaxşı nümunələrdən biri olacağıq. Amma bununla bizim islahatlarımız bitmir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda minimum pensiyanı 160 manat həcmində müəyyən edib ki, bu da yaşayış minimumu həddini üstələyir. Ona görə də bu addım bizə pensiyaçıların həyat şəraitini yüksəltməyə imkan verəcək".

Xatırladaq ki, 2019-cu ilin martın 1-dən Azərbaycanda minimum pensiya həcmi 38,5 faiz artırılaraq 160 manata çatıb.

Bundan əvvəl minimum pensiya 116 manat təşkil edirdi.
İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək















Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.
Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq. 

Həmin vəsait də əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsi üçün tibb müəssisələrinə yönəldiləcək.
Qeyd olunub ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək:

“Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləği 120 manatdır və hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir”.