Ölkənin baş kulinarı və AİB sədri səbəblər və çıxış yolundan danışdılar

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib. Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Ötən il fevral 5-də Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bəs nə baş verir? Azərbaycanda dönər niyə vətəndaşı zəhərləyən qidaya çevrilib?

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov “Yeni Müsavat”a deyib ki, zəhərlənmə bir sıra məsələlərdən ola bilər. Mümkündür ki, adamlarda soyuqdəymə olub, ona görə adi ağır yeməkdən belə zəhərlənmə hissi keçirə bilərlər. Lakin Tahir Əmiraslanov deyir ki, 7 nəfərin eyni məkanda yediyi yeməkdən sonra zəhərlənməsi soyuqdəymə ehtimalını aradan qaldırır: “Həmin dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar”.

Картинки по запросу Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov

T.Əmiraslanov zəhərlənmənin aşpazın savadsızlığı, aşpaz olmaması, həkimdən keçməməsi və onun özündə olan xəstəliyin hazırladığı yemək vasitəsilə yayılmasından ola biləcəyini də mümkün sayır: “Zəhərlənmə 48 saat ərzində mədənin yuyulması ilə təmizlənə bilir. Aşpazın xəstə olması isə digər ağır xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Qarayara, sarılıq kimi ağır xəstəlikləri də aşpaz yoluxdura bilər və heç bilinməz də ki, yoluxma harada baş verib”.

Baş kulinar deyir ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalı məqamlardır: “Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Danışmışıq ki, müqavilə bağlayacağıq, hər bir sistem üzrə aşpazların sertifikatlaşdırılması həyata keçirilsin. Müraciətimizə şifahi razılıq verilib. Hazırda iş gedir. Əgər aşpaz tələbələr üçün yemək hazırlayırsa, tələbənin bədəninin tələblərinə uyğun qida hazırlamalıdır. Bağçalarda, peşə məktəblərində, fəhlə yeməkxanalarında mühitə uyğun yeməklər hazırlanmalıdır. Tutaq ki, sement zavodunda işləyənlə xəz zavodunda işləyənin yeməyi eyni ola bilməz. Azərbaycan dövləti bu məsələlərin üzərinə gec-tez gedəcək”.

“Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov  zəhərlənmələrin qarşısının alınmasının yolları haqda dövlət orqanlarına müraciət ünvanlayıb. AİB sədri “Yeni Müsavat”a deyib ki, belə zəhərlənmələrin qarşısının alınması inzibati yollarla mümkün deyil: “Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlumdur ki, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, çiy ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir”.

Картинки по запросу “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov

Eyyub Hüseynov deyir ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyətdədir: “Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınırlar. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır. Əgər hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektiv iş aparsa, dönərxanalar zəhərlənmə mənbəyinə çevrilməz”.

AİB sədri xatırlatdı ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: “Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanmaq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də  təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib”.

E.Hüseynov bazarlara ucuz, murdar ətlərin yol tapması probleminin aktual olduğunu da vurğuladı: “Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın, ona məlumat versin. Çox təəssüflər olsun ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə yazdığımız məktublara reaksiya verilmir, ictimaiyyətlə əməkdaşlıq etmək fikirində deyillər. Düşünürəm ki, qida təhlükəsizliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki murdar ət satanlara qarşı ən effektiv işi Daxili İşlər Nazirliyi görür”.

"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılıb.

Bu barədə BAKU.WS-ə İsmayıl Tağıyev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (Kaktus restoranının yaxınlığında) yerləşən Oba marketdən alıb. Üzərindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib.

 

"OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu bildirib. O qeyd edib ki, sabah bununla bağlı istehsalçı şirkətdən izahat tələb olunacaq və ətraflı məlumat yayılacaq.

Kərə yağlarına hansı maddələr qatılır? - şikayət var, amma araşdırılmır














İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan “Westgold” kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır.
Bu barədə Demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də “Bravo” və “Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur:

“Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də “Bravo” və “Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, “Bazarstore” şəbəkəsinin metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər”.

Həmçinin məlumatda bildirilir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara da müraciət edilib.

Bizimyol.info olaraq məsələni araşdırmaq üçün adıçəkilən “Bravo” marketlər şəbəkəsinə, eləcə də adıçəkilən “Bazarstore” mağazalar şəbəkəsinə, “Azərsun” holdinqə informasiya sorğusu göndərilsə də vətəndaşın iddiaları ilə bağlı heç bir cavab verilməyib. Eyni zamanda Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərilsə də, sorğuya cavab verilməyib.

“Westgold” kərə yağının istehsalçısı olan “West product marketing” şirkətinin satış meneceri Bizimyol.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu və şirkətin məhsullarının xüsusi sertifikatları olduğunu bildirdi:

“Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. “HALAL” və “KOSHER” sertifikatları mövcuddur. Belə halların aşkarlanması mümkünsüzdür. Daha ətraflı məlumatı isə fakt konkret olaraq araşdırılandan sonra verə bilərik”.
“Azərsun”da haqq-ədalət yoxdu” – Mühafizəçi “Azərsun”a aid mühafizə xidmətini məhkəməyə verib














“Azərsun” Holdinqin tərkibində olan “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı Kənan Orucəliyev Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubunda çalışdığı şirkət tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

“AzPolitika.info”ya da ünvanlanmış müraciətdə qeyd olunur ki, hadisə Dübəndi neft terminalında baş verib. Belə ki, mühafizəçi xidməti rəhbərliyinin kobud və nalayiq ifadələrinə etiraz edəndən sonra təzyiqlərə məruz qalıb. ““Azərsun” Şirkətində qeyri-qanuni işləyən bizim sahə rəisimiz, Xəzər Rayon Mühafizə İdarəsinin polis əməkdaşı Ramiz Rüstəmov düzülüşdə təlimat keçdiyi zaman söyüş söyüb, bizi təhqir etdiyi üçün etik çərçivədə etirazımı bildirdim. Ancaq R.Rüstəmov durmadan söyüşü 3 dəfə təkrarladı.

Hətta onun özbaşınalığına etiraz edəndə “Azərsun”da müdiriyyət müdiriyyətin sözünü eşidir, sizi kim eşidecek? “Azərsun”da haqq-ədalət yoxdu” deyə, özünəarxayınlıqla cavab verdi. Bundan sonra, 11.12.2018-ci ildə etirazıma görə mənə töhmət verildi, iş yerim dəyişdirildi, maaşım kəsildi və töhmətlə razılaşmayıb, imzalamadığım üçün 10 gün işə buraxılmadım…”
Özünə qarşı haqsızlıq edildiyini bildirən zərərçəkmiş bununla bağlı şirkət rəhbərliyinə şikayət etsə də, onun probleminə məhəl qoyulmayıb. Buna görə də Dövlət Əmək Müfəttişliyinə müracət etməli olan mühafizəçinin şikayətinə burada da gözlədiyi reaksiya verilməyib: “Əmək Müfəttişliyinə bizim şirkətdən cavab olaraq bildirilib ki, şikayətçi əmakdaşa töhmət verilməyib və o, guya öz hesabına məzuniyyət götürüb (Saxta məzuniyyət sənədi düzəldilib). Məni işə buraxmadıqları halda, işə gəlməməyimlə bağlı mənə xəbərdarlıq məktubu göndərdilər. İllər boyu sahə rəisimiz olan R.Rüstəmovun isə, ümumiyyətlə şirkətin əməkdaşı olmadığını qeyd ediblər…”

Hələ 2013-cü ildə şirkətdə qəza nəticəsində çiynindən ciddi xəsarət alan zərərçəkmiş, o vaxt şirkətin mənafeyini üstün tutaraq şirkətdən heç bir orqana şikayət etmədiyini və heç bir təzminat tələb etmədiyini də bildirib. Lakin hazırda üzləşdiyi ədalətsizlikdən şikayət etməyə məcbur qaldığını deyir. 2010-cu ildən mühafizə xidmətində çalışan şikayətçi Daxili İşlər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətlərin nəticə verməməsi səbəbindən məhkəməyə üz tutmalı olub. Hazırda onun işi Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatındadır.

K.Orucəliyev sonda böyük bir holdinqin qarşısında tək qaldığını qeyd edərək, Mehriban Əliyevadan yardım istəyib.
Sürücülərin nəzərinə: Cərimələrdən birinin ləğvi nəzərdə tutulur















Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Avtosfer xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.
Yarışma qalmaqalı davam edir: Aparıcılarla jurnalistin məhkəməsi başladı














Bu gün Nizami Rayon Məhkəməsində aparıcı Vüsalə Səid ilə aktrisa Aysel Hacıyeva (Nazim) və musavat.com xəbər portalının məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, V.Səid özünün şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər gətirildiyi iddiası ilə məhkəməyə ərizə verib. Hakim Həqiqət Əhmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda hər iki tərəfin anket məlumatları dəqiqləşdirilib. Proses aprelin 11-də davam etdiriləcək.

Qeyd edək ki, bir müddət öncə tərəflər arasında qalmaqal yaşanıb. Belə ki, ötən il Bakıda Hakan Solakerin layihəsi olan “Sinema güzeli: Sinemanın kral və kraliçası” yarışması keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri isə Vüsalə Səid olub. Daha sonra layihədə ortaq olan Atilla Kaplakarslan ilə Hakan Solaker yollarını ayırıb.

H.Solaker yarışmanı “Sinema güzeli” adı ilə keçirməyə davam edib. Bu dəfə Azərbaycanda layihə rəhbəri Aysel Nazim seçilib. Layihə ilə bağlı sosial şəbəkədə məlumat yayıldıqdan sonra ötən il yarışmada münsif olan əməkdar artist Məlahət Abbasova Vüsalə Səid və layihə təşkilatçıları barədə müxtəlif ittihamlar səsləndirib. M. Abbasovanın açıqlaması mediada və sosial şəbəkədə yayılıb.

V.Səid isə media nümayəndələrinə həmin ərəfədə açıqlama verməyib, 1 həftə sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında isə şərəf və nüfuzuna xələl gətirildiyini açıqlayıb və xəbəri ilk yazan musavat.com saytının əməkdaşı Könül İbrahimi məhkəməyə verəcəyini bildirib.

Martın 13-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər edib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a verilən məlumata görə, tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub. 

Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub. 

Bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır. 

İdxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat öncə qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır. 

Məlumat verilib ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanına əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib. 

Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır. 

Bu il ümumilikdə 200-ə yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. 

Xatırladaq ki, “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim martın 15-dək davam edəcək.

Musavat.com

Beynəlxalq məsləhət şirkəti “Mercer” şəhərlərin həyat səviyyəsi reytinqini açıqlayıb. Reytinq yaşayış şəraiti, istehlak malları ilə təminat, nəqliyyat xidməti, əyləncə imkanları, siyasi, sosial, mədəni mühit, iqtisadiyyatın durumu kimi meyarlara əsaslanır.

Novator.az-ın məlumatına görə, Azərbaycanın paytaxtı Bakı 231 şəhər arasında 195-ci yerdə gəlir.

Ermənistanın paytaxtı Yerevan 170-ci, Gürcüstanın paytaxtı Tbilisi 187-cidir.

Yaxın şəhərlərdən İstanbul 130-cu, Moskva 167-ci, Kiyev 173-cü, Minsk 188-ci, Tehran 199-cu, Daşkənd 203-cüdür.

Ən yaşamalı şəhərlər siyahısına Avstriyanın paytaxtı Vyana başçılıq edir.

İsveçrənin Sürix şəhəri 2-ci, Kanadanın Vankuver şəhəri 3-cüdür.

Berlin 13-cü, Stokholm 23-cü, Oslo 25-ci, Helsinki 31-ci, Paris 39-cu, Madrid 46-cı, Vaşinqton 53-cü yerdə göstərilir.

Siyahının sonuncu – 231-ci pilləsində İraqın paytaxtı Bağdad yer alır.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov niyə cəzalandırılıb?
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR dünən qurumda hərtərəfli vergi yoxlaması haqda informasiyanı təsdiq etdi.
Xatırladaq ki, artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, iki ildə dəfə həyata keçirilir, qiymətləndirdi.
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.
Məlumatlı mənbələr virtualaz.org-a bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.
Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

“Report”un məlumatına görə, bu barədə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Şəkidə jurnalistlər üçün təşkil edilmiş təlimdə deyib.

Onun sözlərinə görə, qurum humanistlik nümayiş etdirərək bu cərimənin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məqsədi ilə hökumətə müraciət edib: “Bu il bu məsələnin həllini tapması gözlənilir. Təklif olunan yeni qaydada nəqliyyat vasitələrinin ölkədən müddətsiz çıxarılması nəzərdə tutulub”.