![]() |
![]() |
“Globehunters” turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik – red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.
Bu barədə Daily Mail yazır.
Siyahıda 187 ölkə, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələri yer alıb, Estoniya istisna olmaqla.
Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.
Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa – red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.
Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.
Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq
Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir.
Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.
Son dövrlərdə apardığımız araşdırmalar onu göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı azalır. Amma bu, təbii hal deyil.
Oxu.Az-ın məlumatına görə, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir çox ailələr biləndə ki, qız uşaqları dünyaya gələcək hamiləliyi dayandırırlar:
“Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik”.
Komitə sədri bildirib ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur:
“Bu stereotiplər olmamalıdır. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir”.
“Qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım edilməsi məsələsi hələ gündəmdə deyil. Bu məsələ hələ söhbət səviyyəsindədir”, - deyə Hicran Hüseynova qeyd edib.
Komitə sədri bildirib ki, erkən nikahlarla bağlı hallar hələ də qeydə alınır:
“Biz mübarizə aparırıq. Azərbaycanda erkən nikahların sayı azalıb. Erkən nikah bir tərəfdən də zorakılıqdır. Yerlərdə fəaliyyət göstərən monitorinq qruplarımız var”.
İlhamə Əbülfət
Mart ayının 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.
Hadisə nəticəsində yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı, 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulub.
Onlar hadisə yerində vəfat ediblər.
Hadisədən sonra sürücü barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Biz də şəhər sakinlərinə yaxınlaşıb, videonu göstərərək sual verdik. Bu cür piyada ölümlərində günahkar kimdir?
Həmin sorğunu təqdim edirik.
Sail Ağasəlim, Valeh Arifoğlu
Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bu gün baş nazir Novruz Məmmədov taksi minik avtomobillərinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib.