![]() |
![]() |
Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
“Report” xəbər verir ki, dəyişiklik məcəllənin 288-ci (Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması) maddəsi ilə bağlıdır.
Həmin maddənin 0.1-ci bəndinin ləğv edilməsi təklif olunur.
Bu bəndə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsində qeyd olunub ki, “Fitosanitar nəzarəti haqqında” qanuna edilən dəyişiklik edilib. Qanunla sanitar-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitlərinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5 maddəsi ləğv edilib. Qanun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1 maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutur. Artıq hüquqi əsası olmadığına görə bu maddənin ləğv edilməsi təklif olunur.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında sabaha hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Martın 13-də Şəki şəhərində Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a verilən məlumata görə, təlimin açılış mərasimində DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu vurğulayıb və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Sonra DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ölkədə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən və nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edib.
Baş İdarənin rəisi gömrük sistemində islahatlar haqqında ətraflı məlumat verib və vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır.
Mirqasım Vahabov qeyd edib ki, bu il fevralın 1-dən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb. "İslahatların uğurla reallaşdırılması onların mahiyyətinin ictimaiyyətə doğru və operativ şəkildə çatdırılmasından asılıdır", - deyən Baş İdarə rəisi bu istiqamətdə gömrük-media münasibətlərinin rolunu da vurğulayıb. Gömrük orqanlarının media ilə səmərəli və işgüzar münasibətlərə önəm verdiyini bildirən Mirqasım Vahabov "Gömrük islahatlari: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusundakı təlimin gömrük sistemində tətbiq edilən yeniliklərin təbliğində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra təlimdə DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Nazirlər Kabinetinin müvafiq qərarı, Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələr", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin baş inspektoru Ələkbər Heydərov "Yaşıl dəhliz" buraxılış sistemi və ticarətin asanlaşdırılması" mövzusunda təqdimatlarla çıxış ediblər.
Təlim martın 15-dək davam edəcək.