De-fakto müharibə şəraitindəyik.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Kommersant FM”ə müsahibəsində deyib.
O bildirib ki, Ukraynadakı vəziyyət de-yure xüsusi əməliyyat, de-fakto isə müharibədir:
“Xüsusi hərbi əməliyyatın hüquqi statusu dəyişmir. Bununla belə, hazırkı vəziyyət bizim üçün de-fakto müharibədir”.
D.Peskov söyləyib ki, döyüşlər kollektiv Qərbin proseslərə müdaxiləsindən sonra müharibəyə çevrilib:
“Yəni dəyişikliklər hüquqi mənada deyil, mahiyyət etibarilə baş verib”.