Fransa Prezidenti Emmanuel Makron Avropadakı müttəfiqlərini Ukrayna münaqişəsi ilə bağlı qorxaqlıq göstərməməyə çağırıb.
Axar.az xəbər verir ki, o, bunu Çexiyaya səfəri zamanı Praqada fransalı həmvətənləri qarşısında çıxışı zamanı deyib.
"Avropanın həyatında qorxaqlıq nümayiş etdirməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Və düşünürəm ki, ölkələrimiz Avropada baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb və dayandırılması mümkün olmayan qüvvələr bizə hücum təhlükəsini genişləndirirlər. Biz tarixin çağırışlarına cavab verməli və lazımi cəsarət göstərməliyik”, - deyə o bildirib.