Fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində səsvermənin nəticələrinə əsasən deputatlığa lider namizəd, Vəhdət Partiyasının sədri Tahir Kərimli təhdid olunur.
Bu barədə pravda.az-a T.Kərimli özü məlumat verib.
Deputatlığa namizəd məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputatlıq namizədliyi qeydə alınmış şəxslərin sayı 36 idi. Amma onların 20-si namizədliyini geri götürdü. Hazırda 16 namizəd deputatlıq uğrunda mübarizə aparır, onlardan 6-sı səsvermənin nəticələrindən şikayətçidir. Ən ideal seçkilər bəlkə də Ağsu rayonunda keçirildi. Müşahidə edirik ki, digər seçki dairələrindən də şikayətlər var, şikayətçilərin əllərində müəyyən materiallar mövcuddur. Diqqət edin, görün, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən şikayət edənlərin əllərində hər hansı protokol, video-fakt var? Heç bir faktları yoxdur, şikayətləri ümumi xarakter daşıyır. Prezident İlham Əliyev çağırış etdi ki, gəncələr seçkilərdə aktiv iştirak etsinlər, amma bunlar səhv başa düşdülər. Müraciət o gəncələrə idi ki, o insanlar deputatlıq fəaliyyətinin nədən ibarət olduğunu bilir. Deputatlar seçicilərin hüquqlarını müdafiə edir, qanunvericiliklə məşğul olurlar. Deputatlıq elə çıxışlardan ibarət deyil ki? Elə bilirlər, deputatlıq Milli Məclisdə çıxış etməkdən ibarətdir. Bu, ciddi işdir. Məndən narazı olan deputatlığa namizədlərdən biri – Vüsal İmanov iki dəfə xuliqanlığa və odlu silah gəzdirməyə görə məhkum olunub. Bu şəxs deputat seçilirsə, Milli Məclisin aqibəti necə olar? Hər yoldan ötənin deputatlığa iddia etməsi yolverilməzdir. Təsəvvür edin, bu namizəd necə mübarizə aparır, məni və tərəfdarlarımı ölümlə hədələyir. Vüsal İmanov “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarında bildirir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam, tərəfdarlarını aşağılayacağam. Bu, cinayətdir. Deputatlığa namizəd Ağasən Hüseynovun 71 yaşı var. Etdiyi müraciət formasını haradansa köçürüb, yazır ki, “gənc” mütəxəssis olaraq müraciət edir. Sənin 71 yaşın var, gənc necə sayıla bilərsən? Belə qeyri-ciddi adamlar necə deputatlıq uğrunda mübarizə apara bilər? Həmin namizədlər 10 seçicini toplayıb bir dəfə də görüş keçirə bilməyiblər… Hamı bilir ki, Tahir Kərimlinin hər hansı qanun pozuntusu törədilməsinə ehtiyacı olmayıb. Keçmişim, millət üçün gördüyüm işlər, parlamentdəki çıxışlarım… Bütün bunları xalq bilir. Bizim gördüyümüz işlərin müqabilində bunlar nə iş görüblər? Deputatlıq xeyir-şər evi tikmək deyil? Bunlar niyə belə yanlışlığa yol verirlər…”
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!