“1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın?

“Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon manat ayrılıb. Bu, həddən artıq az vəsaitdir. Naxçıvanda Əlahiddə Qoşun Birləşməsi, Sərhəd Xidməti var. Məncə Naxçıvana ayrılan vəsaitin artırılması haqda düşünməliyik. Ermənistanla ən böyük sərhədimiz Naxçıvan Muxtar Respublikasıdır. Bu gün də Ermənistanın daha çox çəkindiyi Naxçıvandakı Əlahiddə Qoşun Birləşməmizdir”.
Bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib. Komitə sədri xatırladıb ki, Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhəddir:

“Mən operaativ qərargaha təşəkkür edirəm. Naxçıvana olan təyyarə reyslərini artırdı. Hazırda həftədə 6 təyyarə reysi var. Nəzərə alın ki, insanlar bura gəlib getməkdə çətinlik çəkir. Xüsusilə, həkimə gəlmək istəyənlər və təhsillə gəlmək niyyətində olanlar”.
Deputat çıxışı zamanı sual da ünvanlayıb:

“1,3 milyon manatla Naxçıvan neyləyə bilər? Bu məbləğlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də əhalinin sosial müdafiəsi, ordununun təchizatı yüksək səviyyədə olmalıdır. Orada təlimlər keçirilir. Təklif edirəm ki, III oxunuşa qədər Maliyyə Nazirliyi, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirməlidir. Biz bu məsələyə həssas yanaşmalıyıq. Naxçıvan blokaada şəraitindədir. İran və Türkiyə ilə yol bağlıdır. İnssanlar məhsullarını kənara çıxara bilmir. Bir çox rayonlardan fərqli olaraq Naxçıvanda vəziyyət çətindir. Əvvəl insanla məhsullarını İran vasitəsilə bura gətirirdilər. İndi bu imkan da yoxdur. Türkiyəyə məhsul aparmaq üçün yol bağlıdır. Hesab edirəm ki, ora ayrılan vəsait artırılmalıdır. Tovuz istiqamətində vəziyyət kəskinləşəndə Naxçıvanda, Sədərək istiqamətində də atışmalr baş verdi. 1,3 milyon orada atılan 2-3 raketin qiymətidir”.

Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib.

“Ermənistan koronavirus böhranına baxmayaraq, Azərbaycana qarşı hücumdan çəkinmədi”

“Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu “Newsmax” mətbu orqanında dərc edilmiş məqaləsində yer alır.

Məqalədə deyilir:

“İyul ayında Ermənistan və Azərbaycan arasında son döyüşlər koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verdi.

Ermənistanın özünün koronavirus böhranı yaşamasına baxmayaraq, bu, onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi. Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir.

Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olmuşdur.

Bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar. Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun danışıq səylərinə məhəl qoymur.

Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur. Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb. Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir.

Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los - Anceles polisi Azərbaycanın Los - Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başlayıb.

Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir. Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır. Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 faizini təmin edən və vaxtilə Ceyms Bondun “Dünya yetərli deyil” filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır.

Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir. Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum etmiş, mülki yaşayış evlərini mərmi atəşinə tutmuş və nəticədə itki və zərərlərə səbəb olmuşdur.

Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsa idi Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.
Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır”.

Məqalənin ingilis dilindəki mətni ilə buradan tanış olmaq mümkündür.

Düşmən informasiya cəbhəsində də layiqli cavabını alırAzərbaycanlı gənclər tərəfindən “Facebook”da da “Karabakh is Azerbaijan” adlı qrup yaradılıb. Qrupun məqsədi elə adından da bəlli olduğu kimi, ermənilərin müxtəlif ölkələrdə təxribatlar törətməsinə, yalan informasiyaları yaymasına qarşı mübarizə aparmaqdır.

"Ölkə.Az" xəbər verir ki, layihə üzvü İlkin Namazlı Baku TV-yə müsahibəsində bildirib ki, artıq bununla bağlı veb-sayt da fəaliyyətə başlayıb:

“Biz 14 günlük marafon təşkil etmişdik. Bir çox xarici ölkələri, əsasən İtaliya, İspaniya, İngiltərə, ABŞ-ı (Kaliforniya ştatı) hədəf tutaraq, müəyyən məlumatları onlara çatdırdıq”.

Düşmənin yalanlarını ortaya çıxaracaq, Qarabağın Azərbaycanın əzəli torpağı olmasını təsdiqləyən tarixi faktlar ingilis, rus, alman, fransız, ispan və başqa dillərdə “Facebook”da yaradılmış bu qrupda paylaşılır. 

Ətraflı Baku TV-nin süjetində:

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Vilayət Eyvazov əmri ilə İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Samir Qurbanov Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin edilib. O isə bu təyinata qədər Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.

“Müdafiə xərclərinin artırılması zəruridir”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, iyul ayında baş verən Tovuz hadisələri bunu bir daha göstərdi.
“Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, sahibkarlar hazırda çox acınacaqlı vəziyyətdədir. Onlara dəstək üçün vəsait ayrılmalıdır. İkincisi isə birbaşa vətəndaşların özlərinə dəstək verilməlidir. Çünki pandemiya dövründə çox insan işsiz qalıb və bu, onların həyatında ciddi şəkildə mənfi təsir göstərib. Doğrudur, dövlət deyir ki, 600 min insana yardım edilib, amma bu çox azdır. İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər. Biz ölkədə sosial gərginliyi azaltmaq istəyiriksə, büdcənin xərclər hissəsində bu məsələyə xüsusi diqqət yetirməliyik”.

Fəttah Heydərovun vəfatından sonra Milli Məclisin ən yaşlı deputatı odur
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov ötən gün vəfat edib.

"MediaPost” xəbər verir ki, 82 yaşlı F.Heydərov Milli Məclisin ən yaşlı deputatı idi.

Onun ölümündən sonra Milli Məclisin ən yaşlı deputatı statusu Ziyad Səmədzadəyə keçib.

Belə ki, parlamentdə 23 saylı Nəsimi-Səbail seçki dairəsini təmsil edən Z.Səmədzadənin 80 yaşı var.

Ümumilikdə Milli Məclisdə yaşı 60 və daha çox olan 43 deputat təmsil olunur.

Həmin deputatların siyahısını təqdim edirik:

Afət Həsənova - 60 yaş
Əziz Ələkbərov - 60 yaş
Aqil Məmmədov - 60 yaş
Vasif Talıbov - 60 yaş
Nizami Səfərov - 60 yaş
Tamam Cəfərova - 61 yaş
Nizami Cəfərov - 61 yaş
Məlahət İbrahimqızı - 62 yaş
İmamverdi İsmayılov - 62 yaş
Musa Qasımlı - 63 yaş
Aydın Mirzəzadə - 63
Ağalar Vəliyev - 63 yaş
Rauf Əliyev - 64 yaş
Anar İsgəndərov - 64 yaş
Tahir Kərimli - 64 yaş
Oqtay Əsədov - 65 yaş
Hicran Hüseynova - 65 yaş
Sahibə Qafarova - 65 yaş
Səttar Möhbalıyev - 65 yaş
Sabir hacıyev - 66 yaş
Rafael Hüseynov - 66 yaş
Sədaqət Vəliyeva - 66 yaş
Asim Mollazadə - 67 yaş
Aqil Abbas - 67 yaş
Əli Məsimli - 67 yaş
Cavanşir Paşazadə - 67 yaş
Anatoliy Rafailov - 67 yaş
Fəzail İbrahimli - 69 yaş
Eldar Quliyev - 69 yaş
Rasim Musabəyov - 69 yaş 
Bəxtiyar Sadıqov - 69 yaş
Tahir Rzayev - 70 yaş
Elman Məmmədov - 70 yaş
Aqiyyə Naxçıvanlı - 70 yaş
İsa Həbibbəyli - 71 yaş
Vahid Əhmədov - 73 yaş
Fəzail Ağamalı - 73 yaş
Əhliman Əmiraslanov - 73 yaş
Madər Musayev - 73 yaş
Mixail Zabelin - 74 yaş
Sabir Rüstəmxanlı - 74 yaş
Eldar İbrahimov - 75 yaş
Ziyad Səmədzadə - 80 yaş

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən OQ-ın bəzi nümayəndələri bizi xoxanla qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm axmaq yerinə qoyublar?”

"Ölkə.Az" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edirəm. Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, Vallah: “Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparıb bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. Millət necə tarac olur-olsun nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma, bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur. Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Sizlər ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm”.

R.Nurullayevqeyd edib ki, büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir: “Suverenliyin rəmzi dövlət başçısı olduğuna görə həm də birbaşa ona yönələn sabotajdır. Görün Milli Şura təmsilçiləri nə deyir. Onlar öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan beşinci kolon, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da Milli Şurada oturanların tərəfdaşlarıdır. Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xeylisi doğru olan şaiyyə ucbatından xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”.

Prezident büdcədən pul ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəyanat

ABŞ-ın Los- Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.

Bəyanatda hadisə haqda ətraflı məlumat verilərək, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los- Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, ermənilər sakit şəkildə aksiya keçirmək əvəzinə günahsız insanlara qarşı nifrət zəminində zorakılıq və vulqarlıq nümayiş etdiriblər. Ermənilərin icma üzvlərimizə məhz azərbaycanlı olduqları üçün hücum etdikləri deyilir və məsələyə ədalətli yanaşmanın vacibliyi diqqətə çatdırılıb.

Bəyanatda, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqda danışılaraq, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın ərazisi kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın bu qanunsuz işğalı davam etdirdiyi bildirilib. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılıb.

Bu bəyanatı yayan Pakistan Şurası, həmçinin öz üzvlərinə müraciət edərək, öz konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqda onları məlumatlandırmalarını xahiş edib.

Bəyanat ilə bu linkdə tanış olmaq olar: https://conta.cc/39Ywk00

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu artıq uzun illərdir buradakı Pakistan icması ilə sıx münasibətlər saxlayır. 2019-cu ildə Pakistan icmasının ən böyük təşkilatı olan sözügedən Pakistan Şurası, dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə, xüsusilə Los Ancelesdə ilk dəfə Azərbaycan, Pakistan və Türk icmaları arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması sahəsindəki səylərinə görə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.

Baş Konsulluq, 21 iyulda Los Ancelesdə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin yerli ictimaiyyət tərəfindən pislənilməsi üçün öz səylərini davam etdirir. Pakistan icmasından öncə Los- Ancelesdə yerləşən bir sıra nüfuzlu yəhudi təşkilatları, Vyetnam icması, Türk və digər icmalar da bu zorakılıqları kəskin şəkildə pisləyiblər.