“ATV maqazin 10-larla” proqramının “Onlarla üç dəqiqə” rubrikasının qonağı müğənni Aysel Əlizadə olub. Onun şəxsi həyatı ilə bağlı verdiyi açıqlama söz-söhbət yaradıb.Müxbir Ayselə kiminsə sevgilisini əlindən alması barədə sual ünvanlayıb.“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib-bilmədən danışılanlar incidir məni”, – müğənni cavabında qeyd edib.A.Əlizadə bildirib ki, “Porsche” markalı avtomobilini özü alıb:“Avtomobilimi özüm almışam, yeddi ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim”.Qeyd edək ki, “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə Nəcəfova adlı xanım “Yetim” ləqəbli biznesmen əri Elçinin Aysel Əlizadə ilə eşq yaşadıqlarını iddia etmiş, bu isə geniş rezonans doğurmuşdu.<iframe src='https://bax.tv/player/65307.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>