“Kişi ilə yatan kişi müğənnisi efirdə qadınlara pozğun deyir” – Alovlu ilə qalmaqallı müsahibə


Ülviyyə Alovlu: “Müğənnilərin kimisi namusundan, kimisə uşağından keçərək varlanıb”

Tanınmış aparıcı, jurnalist Ülviyyə Alovlu musavat.com saytına müsahibə verib. O son günlər maqazin gündəmini zəbt edən qalmaqallara, televiziyanın durumuna və musiqi sahəsindəki boşluqlara toxunub. Onunla söhbətə isə “Maşın” şoudan iştirak etdikdən sonra efirlərdən uzaqlaşmasının səbəbindən başladıq:

“ “Maşın” şou kimi reytinqli veriliş olmadığı üçün efirlərdən uzaqlaşdım. Çünki ondan aşağı səviyyəli verilişə özümü layiq bilmədim. Həm də orada mənəvi və fiziki baxımdan çox yorulursan. Dincəlməyə, düşünməyə ehtiyacın olur. Dostunu, ikiüzlüləri tanıyırsan. Yaralarını sağaltmağa çalışırsan. Əslində “Maşın” insanları daha yaxşı tanımağımıza səbəb olur. Hazırda bir layihə üzərində çalışıram. Telekanala təqdim etmişəm, cavab gözləyirəm. Bir ara mahnı sözləri yazmağı dayandırmışdım, amma artıq yenidən başlamışam”.

“Kişi ilə yatan kişi müğənnisi efirdə qadınlara pozğun deyir” – Alovlu ilə qalmaqallı müsahibə


– Bir çox məşhur mahnının sözləri sizə aid olsa da, tamaşaçılar bundan xəbərsizdir. Müğənnilərin tanınmasında rol oynayan biri olaraq öz piarınızı niyə aparmırsınız?

– Mən hər zaman A kateqoriyalı müğənnilərə mahnı yazmışam, onlar da piara az meyl edir. Röya, Brilyant Dadaşova, Zamiq, Elnur Məmmədov, Ədalət Şükürov mənim mahnılarımı oxuyub. Röyanın ən məşhur “Mən Röyayam” mahnısının sözlərini mən yazmışam. Amma çox adam o mahnıların sözlərinin mənə aid olduğunu bilmir. Səhv məndədir. Öz işimi PR etməmişəm. Həm də ANS-də olanda ikinci bir iş görməyə icazə yox idi, yalnız mənə şans verilmişdi. Vahid Mustafayev məni görəndə dəhlizdə deyirdi ki, yenə o fındıq müğənnilərə mahnı yazmısan? Cavab verirdim ki, bəli, Vahid müəllim. Mən jurnalist fəaliyyətimlə öndə olmuşam. O vaxtlar məşhurların jurnalların üz qabığında olması dəbdə idi. Amma ANS jurnalı daha ciddi sahələrə üstünlük verirdi, şou-biznesdən uzaq idi. Tarkan Bakıya gələndə hava limanında qarşıladım, hotelin qabağında yatdım ki, şəkil çəkdirim, müsahibə alım. Sonra yanına pərəstişkarı adı ilə girib müsahibə aldım. Həmin müsahibə jurnalda çap olundu, 12 min tirajla satıldı. Bir jurnal üçün rekord idi. Hamı təəccüblənmişdi ki, bu qız dünən gəlib, Tarkandan müsahibə alıb. Indi jurnalistlər müğənniyə bir dəfə zəng edir, “yox” cavabını alanda bir də ondan müsahibə almaq istəmir. Mən Zülfiyyə Xanbabayevanın dalınca 2 ay düşdüm ki, verilişimə gəlsin. Onlar ulduzdur, hər verilişə gəlib, niyə reytinq verməlidir? Ulduzların dalınca düşmək lazımdır.

– Son illər efirdə ancaq eyni müğənniləri görürük və eyni mövzular müzakirə olunur. Bu da normal olaraq insanları qıcıqlandırır.

– Çünki verilişin prodüseri əziyyət çəkib, müğənni dəvət etmir, ya da sözü eşidilmir. A kateqoriyalı müğənnilər gəlmir, keçirlər B kateqoriyasına. Onlar da 1 dəfə gəlir, sonra gəlmir. Beləliklə toyxananı yığırlar efirə. Bunun başqa adı yoxdur.

– Televiziyada Bədii Şura yaradılıb. Sizcə Bədii Şura nəyi dəyişə biləcək?

– Deyirlər ki, əvvəlki səviyyən qaytarmaq lazımdır. Əvvəlki səviyyənin tamaşaçısını televiziya artıq itirib. Efirə Zülfiyyə Xanbabayeva da, Brilyant Dadaşova da gəlsə, əvvəlki reytinqi vermir. Röya belə əvvəlki reytinqi vermir. Əvvəlki intellektual tamaşaçı indi efirə baxmır. Sanballı verilişlər yığışdırılıb. Siyasi verilişlər artıq yoxdur. İQ-su 150 ətrafında olan tamaşaçı efiri açanda ölkənin vəziyyətini görmürsə, son xəbərləri sosial şəbəkədən oxuyursa, dünya xəbərlərinə xarici telekanallardan baxırsa, bizim efirə niyə baxmalıdır? Bir dənə bahalı dekoru olan veriliş “Maşın” şoudur. Sanballı dekor yoxdur. Bahalı dekoru olan verilişə qıyıb televiziya rəhbərliyi toy müğənnisini çağırmaz. Bundan sonra nə isə düzəlməyəcək. Şura ancaq təklifləri dəyərləndirəcək. Analitik verilişlər olmayacaqsa, intellektual tamaşaçının diqqətini çəkməyəcəksə, heç nə düzəlməyəcək. Efirdə olanları sosial şəbəkədə görürük. Televiziya sosial şəbəkəyə uduzur. Mənim kimi televiziyaya baxmayanlar Xoşqədəmləri, Zaurları instaqramda görür.

– Şou-biznesdə də durum acınacaqlıdır. Bir ara birlik nümayiş etdirən sənət adamları hazırda gündəmə gəlmək üçün bir-birini əxlaqsız, pozğun adlandırır.

– Əvvəllər yeni tərz yarananda köhnələr ona çatmağa çalışırdı. Gələn daha keyfiyyətli musiqi idi. Röya Aygün rəqabəti belə başladı. Əvvəl müğənni gözləyirdi ki, ona mahnı hədiyyə gəlsin, Röya isə pul verib yaxşı mahnılar aldı, bahalı aranjemanlar etdirdi. O biri müğənnilər də ona çatmağa çalışdı.

Ad və yaxşı pul qazanan müğənnilər indi qazanmır. İndi onları keyfiyyətsiz musiqi ifa edənlər əvəzləyib. Hamı toya istiqamətlənib. Zeynəb Xanlarovanın oxuduğu toy mahnıları belə səviyyəli idi. İndi isə hər şey keyfiyyətsizdir. Hamamda oxuyanların səsi indiki müğənnilərdən daha yaxşıdır. Üzeyirin ifaları tənqid olunur. Baxırsan ki, mahnının sözləri yaxşıdır, musiqi və aranjeman pisdir. Erməni müğənni Super Sakonun “Mi Gna” mahnısı ilə Amerikada “tutuzdurdu”. Azərbaycanlılar belə oynamaq istəyir. Özcan Dəniz oxuduğu üçün söyüldü. Bəlkə, Üzeyir də daha yaxşı aranjemanla dünya səhnəsinə çıxa bilər. Onun mahnılarında keyfiyyət problemi var. Onun mahnılarında etnika var. Rihannanı da musiqilərində etnika var. Üzeyir mahnılarını düzgün aranjemanla təqdim etsə, dünya səhnəsinə çıxar.

“Kişi ilə yatan kişi müğənnisi efirdə qadınlara pozğun deyir” – Alovlu ilə qalmaqallı müsahibə


– Rəqsanənin “Bivəfa” mahnısını çox adam bəyənmirdi, amma reper “Cin” fərqli aranjemanda oxudu, insanlar sevdi. 

– Deməli, təqdimatdan çox şey asılıdır. Mən çox bəyəndim. Rəqsanə paxıllığından əlindən mahnını aldı. Tamaşaçının dinlədiyi musiqi ilə zövqü düz mütənasibdir. İndi dünyanın bütün mahnılarını dinləmə imkanımız var. Keyfiyyətli mahnını qoyub, kim toyxana mahnısına qulaq asar? Ona görə müğənnilərimiz də keyfiyyəti qaldırmalıdır. Hazırda şou aləmindəki bazar pul qazana bilməyənləri qıcıqlandırır və digərlərini beldən aşağı vurmağa başlayırlar.

– Onların bu davranışının haqlı tərəfləri varmı?

– Guya indiyə kimi hamısı qız uşağı idi, indi əxlaqsız olublar? Bütün kişilər indiyə kimi kişi idi? Bizdən öncəki nəsil haqqında da müxtəlif sözlər danışılır. O vaxt Flora Kərimova dekolte geyinəndə, adi insanlar da dekolte geyirdi? Yox. Zeynəb Xanlarova tüllü, fış-fışalı geyinirdi. Kimsə elə geyinirdi? Yox. Həmişə varlıya qısqanclıqla yanaşılıb. Bundan başqa insanlar düşünməlidir ki, müğənnilərə o var-dövlət boşuna verilməyib. Kimisi namusundan, kimisi mənliyindən, kimisə uşaqlarından, kimisə ailəsindən keçib, o səviyyəyə qalxıb. Heç kimə göydən heç nə düşmür. Müğənnilər də var-dövlətini göstərməklə tamaşaçının gözündən düşür.

– Müğənnilərin gözdən düşməkdə öz rolları böyükdür.

– Sosial şəbəkələr onsuz da müğənniləri əl çatan etdi. Kulis arxası söhbətləri gündəmə gətirdikcə, daha da tamaşaçıları iyrəndirəcəklər. Sponsor məsələsini Rəqsanə gündəmə gətirib, müğənniləri gözdən saldı. Dedi ki, müğənnilərin sponsoru, onun məşuqudur. Çünki özü elə idi. Yaxşıya da, pisə də o damğanı vurdu. İndi də Aqşin kimi yaxşı oğlanlar müğənniləri təhqir edirlər. Müğənnilər də çıxıb desin ki, bütün meyxanaçılar narkomandır. Bu nə dərəcədə düzdür? Türkiyədə müğənnilərə millət vəkili kimi baxırlar, hörmət göstərirlər. Xaricilərin ən səviyyəsizini göyə qaldırırıq, amma özümüzün sənət adamlarını yerə çırpırlar. Türkiyəli məşhur qadınlar Bakıya gələndə, yüksək vəzifəlilərin evinə gedir. Və ya Tarkan, Kənan Doğulu kimi müğənnilər gələndə onlar üçün qızlar göndərilir. Bunu hamı bilir. Hamısının da qiyməti bəllidir. Ona görə hər şeyi açıb-ağartmaq olmaz. Zeki Mürən, Bülənt Ərsoyu başlarında gəzdirirlər. Bizdə trans, dönmə olsaydı, daş-qalaq edərdilər. Bizim şou-biznesdə də homoseksuallar var. Amma onlar açıqlamır ki, sabah toyları bağlanacaq, insanların gözündən düşəcək. Kişi ilə yatan kişi müğənnisi efirdə əxlaqdan, kişilikdən danışır. Elə bilib ki, türkdür, transla gedib görüşüb. Yaxşı pul verib. Amma çıxıb efirdə deyir ki, filan kəs pozğundur. Müğənninin əxlaqlı olması kimə lazımdır? Bu mövzunun bu qədər müzakirə olması yersizdir.

– Rəqsanə demişkən, sizin aranızda pul qalmaqalı vardı. Siz açıqlamam vermişdiniz ki, sizi işlədib, pulunuzu verməyib. Əmək haqqınızı ala bildiniz?

-Almadım, özüm də istəmədim. Enerji ilə işləməyə başladım. Boş verdim.
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi