Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə tənqidlərə məruz qalıb. Buna səbəb Pərvinin instaqramda paylaşdığı yeni fotolarıdır.
Aktrisa qarın əzələlərini nümayiş etdirdiyi fotolarını 1 milyona yaxın izləyicisi ilə bölüşüb. Ancaq Abıyevanın sözügedən görüntüsü birmənalı qarşılanmayıb. Kifayət qədər çəki atan və tamamilə dəyişən Pərvinin sözügedən şəkillərinə 500-ə yaxın rəy yazılıb.
İnstaqram istifadəçiləri aktrisanın son görüntüsünü bəyənməyib. Belə ki, “Pərvinin qabırğaları sayılır”, “Elə bil qocalıbsan”, “Əvvəllər daha yaxşı bədənin var idi”, “Arıqlıq sizə yaraşmır” tipli şərhlər yazılıb