Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.
“Ordu.az verdiyi məlumata görə, şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.