Milli.Az xəbər verir ki, hazırda kənd yumurtasının qiymətində bahalaşma müşahidə olunur.
Bəs bahalaşma nə ilə bağlıdır?
Satıcılar bahalaşmanın səbəbini bu il məhsulun az olması ilə əlaqələndirirlər.
Bu işlə məşğul olan şəxslər məhsulun az olmasını təsdiqləyirlər. Onlar quşçuluq təsərrüfatının zəiflədiyini qeyd edirlər. Buna səbəb də yemin baha olması, tez-tez dərman vermək ehtiyacı ilə əlaqələndirirlər.
Əlavə olaraq bildirilir ki, toyuqlara 3 aydan bir xəstəliyə qarşı dərmanlar verilir. Bütün bunların hamısı qiymətə təsir edir.