Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Axar.az xəbər verir ki, bu barədə TMB məlumat yayıb.
İclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında 15%-dən 17,5%-ə çatdırılmışdı.